- Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. - TopicsExpress



          

- Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır,ağlayır , sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevə-sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur və günlərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır. Dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin dibinə gedib. Bilir ki, aldanıb. Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı qaya axtarır. – Dalğanın nə günahı?! Qaya, gərək, uçmayaydı, qaya kimi qalaydı. – Dalğalar həmişə belə deyir. Hərəkətdə olan şeylər, sükunətdə olanlardan güclüdür. Demək, su qayadan güclüdür... © Erix Maria Remark | Zəfər Tağı
Posted on: Sun, 28 Jul 2013 20:27:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015