“Azərbaycan xalqının mentaliteti bizim onları idarə - TopicsExpress



          

“Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməyimizi asanlaşdırır” Sitat İlham Əliyevin 2005-ci il nitq arxivindəndir. Burda dünya fikir xəzinəsi üçün yenilik yoxdur, əlbəttə. Bu haqda çox deyilib, çox yazılıb. Buna etiraf deyərdim. İndiki rejim idarəçilik oyununda öz kartları arasında bir neçə əsas kozırlar görür. Mentalitet bu kozırlardan biridir, deyərdim, ən böyüyü, ən kəsərlisidir. Cəmiyyət aydın hiss etməsə belə, həmişə bu kozırın qarşısında əsir-yesirdir. Kozırı səciyyə edən fikirlər silsiləsindən: “yüz il yaxşılıq et, bir gün pislik edəndə olursan pis oğlan; əksinə, yüz il pislik et, bir gün yaxşılıq edəndə, olursan yaxşı oğlan”; “dünənkini işinə görə sağ ol (ya sağ olma), bugünkü işindən danış”; başqa deyimlər də var. Məsələ belədir ki, cəmiyyəti gözü bağlı saxlamaqla, lazım gələn anda “yaxşı oğlan” imici qazanacağına, kor çoxluğu öz tərəfinə çəkəcəyinə əmindir rejim. Neçə ki, çoxluğun gözü bağlıdır, bu əminliyin obyektiv əsası vardır. Gözü bağlı adam onun qarşısında nəyin dayandığı dərk edə bilməz. Ona demək olar, məsələn, otağın o başında stol var, ancaq özünün tam əmin olması üçün həmin stolu gərək əli ilə yoxlasın. Cəmiyyət də belədir, ona demokratiya dəyərlərindən çox danışmaq olar. Fəqət, bu dəyərlərin həqiqiliyini dərk etmədi üçün, gərək onu yaşasın, faydasına əmin olsun ki, onlar naminə mübarizəyə qalxmağın vacidliyini dərk etsin. Azadlıq təcrübəsi olmayan xalqları əsarətdə saxlamaq azadlıq təcrübəsi olanlarla müqayisədə qat-qat asandır – deyirdi Makiavelli (“Hökmdar”). Bu günlərdə rejim mental kozırı işə salıb. Rəsulzadənin ildönümü, jurnalistlərin dostu, qəzetlərin satışına əngəllərə “dözümsüzlük” ifadəsi, hələ qarşıda bir çox şeylər olacaq...
Posted on: Sun, 24 Nov 2013 21:44:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015