Bir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət - TopicsExpress



          

Bir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəldən müəyyən etmək mümkündür. Bu bilirsiz nə deməkdir? Bu qədərin (tale) elmi sübutlarından biri deməkdir! Bir zərrəciyin harada və hansı sürətlə hərəkət etdiyini eyni anda müəyyən etmək imkanı verən modeli Nobel mükafatı laureatı, hollandiyalı fizik Cerard Hoft (Gerard`t Hooft) hazırlamışdr. “New Scientist” tərəfindən dünyanın ən yaxşı riyaziyyatçıları hesab edilən Con Konveylə (John Conway) Saymon Koçen (Simon Kochen) bu elmi tədqiqatı “azad iradə məfhumunun ölümü” adlandırırlar. Prinston Universitetində çalışan Konvey belə deyir: “Əgər Hoft kimi bir insan atomun mövqeyi və hərəkətini eyni anda müəyyən edə bilirsə, üstün zəkaya malik bir varlıq kainatdakı bütün zərrəciklərin qarşılıqlı təsirini izləyə bilir. Başqa sözlə, azad iradəmizlə etdiyimiz seçimlərin qeyri-müəyyənliyinin ardında müəyyənedici bir nizam var”. Koçen isə mövzunu belə bir misalla izah edir: “Qarşınızda bir dilim şokoladlı, bir dilim də çiyələkli pirojna olduğunu düşünün. Şokoladlı pirojnanı yeməyə başladıqda bunun öz seçiminiz olduğunu düşünürsünüz. Halbuki, şokoladlı pirojnanı yeyəcəyiniz artıq bəlli idi. Biz azad olduğumuzu düşünürük. Əgər Hoftun modeli doğrudursa, onda azadlığımız azadlığımız məhdud bir illüziyadan ibarətdir”. Uca Rəbbimizin Quran ayələri ilə bizə bildirdiyi, yuxarıdakı tədqiqatın nəticəsinin də göstərdiyi kimi, qədər (tale) açıq-aydın həqiqətdir.
Posted on: Mon, 23 Sep 2013 08:29:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015