“Bizim oralarda yaxşı ki, belə şeylər olmur”,- Eçso - TopicsExpress



          

“Bizim oralarda yaxşı ki, belə şeylər olmur”,- Eçso kəndini xatırlayaraq dedi. “İnanırsan, hətta həyatı boyu bir dənə də olsun vidra görməmiş adamlar tanıyıram.” Aqren gülümsədi. “Həqiqətən qulağa çox qəribə gəlir”,- dedi. “Cəmi bir dəfə şimalda olmuşam, qərb tərəfdə. İnsanların həyata baxış tərzi o qədər sadə və bəsitdi ki...” Düzgün sözü tapmaq üçün dodağını büzdü. “Çoxları hələ də elə bilir bütün dünya şimaldakı kimi tamam qar içindədir. Təhsil səviyyələri inanılmaz dərəcədə aşağıdı.” Eçso qadın akranın sözlərini təsdiqlərcəsinə başını yellədi. Əslində şimallıların bu sadəlövhlüyü bəzən onun xoşuna da gəlirdi. “Nənəm həmişə İnsan nə itirdiyini bilmədiyi müddətcə xoşbəxtdir deyirdi”,- deyə Eçso gülümsəyərək bildirdi. “Şimal insanları öz sadə həyat tərzləri ilə həqiqətən də xoşbəxtdilər. Düzdür, ilin dörddə üçünü qar içində keçirmək asan deyil, ancaq onlar həyatın məhz bu olduğunu zənn edirlər.” “Qulağa xoş gəlir”,- deyə qəbullandı Aqren. “Bəzən mən də bu haqda düşünürəm. Bütün bu mübarizədən və qorxudan uzaq səssiz bir həyat necə olardı görəsən? Sadəcə, yaşamaq.” Eçso dillənmədi. Həyatının sonuna kimi insanlara xidmət etməyə and içmiş bir döyüşçünün, çoxlarının asanlıqla sahib olduğu bir həyat tərzini necə arzuladığını görmək ona qəribə gəlmişdi. #QaranlıqGünəş #fentezi
Posted on: Wed, 14 Aug 2013 08:18:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015