***** ( Elvir ) Getdin, yetim qaldıq ahuzarınla, Bir gün - TopicsExpress



          

***** ( Elvir ) Getdin, yetim qaldıq ahuzarınla, Bir gün gələr əlbət, yol çəkər gözün. Onda qərarına göz yaşlarınla, Süzər - yanağında qol çəkər gözün. Gözümün önündə durma, çəkil, get!, - Yollara dikilib hər gün, hər gecə. Qopar gözlərimi, könlünə həbs et, Gözlərim qan qoysun ürəyindəcə. Ümman üzərində qağayı kimi, Soyuq otağımda xəyallar süzür. Hərdən qısqanıram mən öz qəlbimi, - O necə səbr edir, o necə dözür?! Silib qırovunu pəncərələrin, Görürəm küçədə yoxluğun gəzir. Otaq da küsülü - divarlar sərin... ...döşəmə gileyli, yataq müntəzir. Gözünü yollardan çək! - dedi hamı, Xəyalın bir yuva qurdu gözümdə. Sənin gəlişindən aldım ilhamı, Sənin gedişinlə bitdi sözüm də...
Posted on: Sun, 24 Nov 2013 08:43:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015