“Ey arxayın olan kəs! Dön Rəbbinə! Sən Ondan, O da - TopicsExpress



          

“Ey arxayın olan kəs! Dön Rəbbinə! Sən Ondan, O da səndən razı olan halda. Daxil ol bəndələrimin zümrəsinə! Daxil ol Behiştimə!” Varlıq aləmində ən qəribə və ən maraqlı dastan «İnsan dastanı»dır. Allah-taala insana elə bir iste’dad əta edib ki, bunun vasitəsi ilə insan Allahın xəlifəsi və mələklərin məscudu olmaq məqamına yüksələ bilər. Allahın insanı «ən gözəl surətdə» yaratması və onun başına «kəramət tacı» qoyması Yaradan tərəfindən insana əta olunan ən böyük şərafətdir. Təkamül yolunda insan Allah-təlaya yaxın məqama ucala bilir və Allah ona “ey arxayın olan kəs” deyə xitab edərək cənnət qapılarını onun üzünə açır. Amma həmin bu ali xilqət bəzən süqut edərək ən alçaq varlığa çevrilir. O, bəzən heyvan, hətta heyvandan da alçaq məqama enərək elə bir fəlakətə düçar olur ki, onun haqqında buyurulur: “Allah yanında yer üzündəki canlıların ən pisi düşünməyən karlar və lallardır.” Bəs həmin yüksəliş və süqutun sirri nədir? Necə olur ki vahid bir mövcud bir-birinə zidd olan iki yol ayrıcında dayanır? İnsanlıq pöhrəsini çiçəkləndirən, eyni zamanda yandırıb külə döndərən nədir? Fikirləşməyə dəyər.Allah oruclarnızı,dualarnızı və namazlarmızı qəbul etsin.Amin.
Posted on: Tue, 23 Jul 2013 01:28:32 +0000

Trending Topics



Framing Nailer
ANOTHER CAT HIT BY A CAR, MARPISSA: This evening a stray cat
Central for National Renaissance president and Bharatiya Janata
First sail of the season for me tomorrow, with my awesome mate
Top 50 Great Things About Africa 1. There are 53 countries and 8
===[[ RB WB PAGI 3 ]]=== Anchen ET =>VsSaat U Berada Dibawah Air
Tuesday, 26 November Take heed that you are not led
Devocionais Diários Um Lugar de Bênçãos Posted: 12 Aug 2013
I had tears in my eyes and I had prayers in my heart, and I just

Recently Viewed Topics




© 2015