-Gecə bağa qayıdanda çox vaxt yarı yolda düşüb piyada - TopicsExpress



          

-Gecə bağa qayıdanda çox vaxt yarı yolda düşüb piyada gedirəm, qəbristanlığın içindən keçiəm (gecə qəbristanlıqda qorxulu heç nə olmur, sakitlik və hüzur olur). Qəbristanlıqdan sonra evlər görünür. Oralarda həmişə xəstə bir adam dayanır. Hər dəfə yaxınlaşıb siqaret istəyir, siqaret verirəm. Alışqandan imtina edir, deyir "özüm çəkmirəm, başqası üçün istəyirəm." Sonra hər dəfə verdiyi sualları verir. Mən də eyni cavabları : "bakılıyam", "tələbəyəm", "evimiz qabaqdadı" və s. Hər dəfə eyni suallar, eyni cavablar. Hiss olunur ki, adamın yaddaşla bağlı problemi var. Ancaq əsgərliyindən danışır. "98-ci ildə əsgərliyə getmişdim", "komandir pis idi", "evdən siqaret gətirirdilər, uşaqlar əlimdən alırdılar", "ac qalırdıq", "kəmər olmayanda belimizə kəndir bağlayırdıq". Buranın camaatını söyür həmişə. Hər dəfə evimizə qədər gəlir, hər dəfə də görəndə tanımır, eyni sualları verir. Deyir, "mənlə heç kim danışmır, deyirlər başın xarabdı". Deyir, "mən heçnə istəmirəm ki, danışmaq istəyirəm, bir də ki siqaret." Sonra da "çox sağol", "Allah razı olsun" deyib, qayıdır. - İnsanların bəzən sevgidən, dost-tanışdan, puldan çox sadəcə danışmağa, onları dinləyən birilərinə ehtiyacları olur. Bu lap xəstə biri olsa belə.
Posted on: Sat, 21 Sep 2013 20:48:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015