“Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı - TopicsExpress



          

“Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı DİN-ə müraciət olundu Peşəkar Futbol Liqası (PFL) noyabrın 2-də “Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək Topaz Premyer Liqasının XII tur matçı ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu barədə Lent.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, son illərin ən prinsipial rəqiblərinin üz-üzə gələcəyi oyunda təhlükəsizlik tədbirlərinə böyük önəm veriləcək. Şahgəldiyev “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq komanda azarkeşlərinin buraxılmayacağına dair AFFA İntizam Komitəsinin qərarını xatırladıb. PFL rəsmisi bildirib ki, matçın keçiriləcəyi “Bakcell Arena”da “Xəzər Lənkəran” azarkeşləri üçün sektor ayrılmayacaq. Eyni zamanda, Lənkərandakı oyunda “Neftçi” azarkeşləri üçün də sektor müəyyənləşdirilməyəcək: “Biz İntizam Komitəsinin qərarını hər iki kluba xatırlatmışıq. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” rəhbərliyi qərardan məlumatlı olduğunu bildirib”. Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.
Posted on: Wed, 30 Oct 2013 10:32:51 +0000

Trending Topics



ned Vincente Padilla 8x10 Photo Philadelphia
Yesterday my plane was delayed 5 hours, nearly ran out of petrol
SHOP NOW! ACDelco 45G0255 Stabilizer Bar Link Price

Recently Viewed Topics




© 2015