"Penalti qaytarmaq Oliver Kanın mənə hədiyyəsidir" - TopicsExpress



          

"Penalti qaytarmaq Oliver Kanın mənə hədiyyəsidir" MÜSAHİBƏ Orxan Sadıqlı: "Mərhələ keçməsək, deməyə sözümüz olmayacaq" "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının Sportal.az saytına müsahibəsi - “Slima” ilə oyun haqqında fikirlərini bildirərdin... - Düzdü, bir-birlik heç-heçə yaxşı nəticə deyil. Amma stadionun pis vəziyyətdə və havanın isti olması çox pis idi. Stadion elə vəziyyətdə idi ki, heç oynamaq mümkün deyildi. Onlar bizi də aldatdılar. Birinci 17 minlik stadionun adını yazmışdılar. Amma oyun zamanı elə meydana gətirib çıxardılar ki, pis vəziyyətdə qaldıq. Heç onların 10 nəfər azarkeşi gəlməmişdi. Gözləyirik burdakı oyunu. Burda qələbə qazanacağıq. Bunun üçün başqa yol yoxdur. Əgər burda uduzsaq, deməyə sözümüz olmayacaq. Amma inanıram ki, biz burda möhtəşəm qələbə qazanacağıq. Əvvəl o komandanı görməmişdim, bir söz deyə bilmirdim. Amma indi görmüşəm deyirəm ki, o komanda bizdən zəifdir. Biz onları udmağa borcluyuq. Yeni futbolçuların da meydana çıxması, onların adaptasiya problemi yaşaması da bizə təsir etdi. - Almaniyada hazırlıqlar necə keçdi? - Əla. Gündə iki dəfə məşqimizi edirdik. Bir oyun da oynadıq və qələbə qazandıq. - “İnqolşdatd”la oyunda penaltini qaytardın. Ümumiyyətlə azarkeşlər də belə bir şey deyir ki, Orxan Sadıqlı gərək kubokun final oyununda penaltilər seriyasında meydana çıxardı... - Penalti qaytarmaq Oliver Kanın mənə hədiyyəsidir. Yəni o, mənə öyrədib ki, penalti vurularkən futbolçunun ayağına necə baxmaq lazımdır. 2008-ci ildə biz Almaniyada idik. Milli komanda ilə. Orda “Bavariya” ilə oynayacaqdıq. Mən həmin vaxtı U-15 milli komandasında idim. Oliver Kan oğlunu məşqə gətirmişdi. Mən də tərcüməçi vasitəsilə ondan soruşdum ki, penaltini necə qaytarır. O mənə öyrətdi ki, penalti vurularkən futbolçunun ayağının harasına və necə baxmaq lazımdır. Bu mövsüm mənim qoruduğum qapıya 7 penalti vurublar və mən onların 6-sını qaytarmışam. Kubokun finalında da baş məşqçimiz seçim etdi və qapıda Toni Doblas qaldı. Pis oynamadı. Penaltilər lotereyadır. Ola bilərdi ki, mən də qapıda durub, eyni penaltiləri buraxardım. Mən daim öz üzərimdə çalışıb, şansımı gözləyirəm. - Komandaya gələn yeni qapıçı haqqında nə deyərdin? - Məşqçilərimiz bəyənib gətiriblər. Həmkarımdır haqqında nə deyə bilərəm? Çalışıram onlarla rəqabətdə qalib gəlim. - Komandaya üçüncü qapıçının gəlməsi sənin meydana çıxmaq şanslarını azaltmır ki? - Yox, əksinə, mən daha çox çalışıram ki, meydana çıxım. Mən yerli qapıçı, onlar ikisi də legioner. Onlar çalışmalıdırlar ki, məndən ikiqat güclü olsunlar ki, daim oynasınlar. - “Slima” ilə Lənkərandakı oyunda azarkeşlərə qələbə söz verirsən? - Əlbəttə. Bunun başqa çıxış yolu yoxdur. Elsevər MƏMMƏDOV
Posted on: Tue, 09 Jul 2013 08:37:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015