“Pənah aparıram sübhün Rəbbinə!” Həzrət Əlidən söz - TopicsExpress



          

“Pənah aparıram sübhün Rəbbinə!” Həzrət Əlidən söz açmaq üçün. Uca söz ən böyük matahım olsun. Peyğəmbər köməyim,Quran dayağım, Yardımçım tək olan Allahım olsun. Peyğəmbərin şəhərinə girmək üçün, Peyğəmbər şəhərini görmək üçün. O şəhərin yaşıl Cənnət bağçalarında, Arzuların meyvəsini dərmək üçün. Bir qapı var,o qapını öz əlimlə açım dedim. Onun irfan işiğını ürəyimə saçım dedim. O qapının öz kilidi,öz açarı. O qapının idrak dolu söz açarı. O, mərifət qapısıdır,xidmətçisi kamil insan. O, şəriət qapısıdır,dürüst aqil,bəlli imam. O, mərifət qapısıdır, fəqirlərə ehsanı var. O, Muhəmməd qapısıdır,yol göstərən Quranı var. O qapıdan o tərəfə Peyğəmbərin şəhəri var. O qapıdan girənlərin Allahı bir, peyğəmbəri, kitabı var. O, qapıdan keçmək üçün sudan duru, aydan arı ürək gərək. Təbiətin ipək gərək, məhəbbətin mələk gərək. Həmin qapı Həzrət Əli qapısıdır. Möminlərin əfəndisi, İmam, Vəli qapısıdır. Peyğəmbərin həm bu dünya,həm də axirət qardaşı. Ey Peyğəmbər şəhərinin haqq qapısı, şah qapısı. Ululara vətən olan,ulu bir dərgah qapısı. Bizdən sənə salam olsun,ey Əbu Talib övladı. Səni sevmək imandandır,torpaq kimi,Vətən kimi. Peyğəmbərlə bir olmusan,vücud kimi,bədən kimi. (Z. Yaqub.”Peyğəmbər”əsərindən “Elmin qapısı”)
Posted on: Mon, 29 Jul 2013 05:52:53 +0000

Trending Topics



Dr. Simon Thornley
I dnt knw wthr im paranoid or what bt what z im not jelous of my
Excited to see your contributions to my list of restaurants

Recently Viewed Topics




© 2015