***QARGIW-BED DUA *** Qarğış bir növ duadır. Lakin - TopicsExpress



          

***QARGIW-BED DUA *** Qarğış bir növ duadır. Lakin bu, insanın əleyhinə söylənmiş bir dua olub digər adı adı da bədduadır. Qurani-Kərimdə və Peyğəmbərin (s) hədislərində qarğış və ya bəddua məsələsinə toxunulmuşdur. Məsələn, Uca Allah son kitabında insana qarğış (bəd dua) edib: “Ölsün (kafir) insan! O nə nankordur!” (Əbəsə, 17). Başqa bir ayədə isə peyğəmbərlərin piri Nuh əleyhissəlam Allaha dua edərək, öz qövmünə qarğış edir: “(Nuh) sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır! Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!” (Nuh, 24-26). Qurani- Kərimdə qarğışla bağlı başqa bir ayə isə belədir: “İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz)” (əl-İsra, 11). Son ayədən də göründüyü kimi, insanların bir-birilərinə qarğış etmələri əksər hallarda hər hansı bir hadisədən nəticə çıxarmaq məsələsində tələskənliyə yol vemələrindən qaynaqlanır. Allahın rəsulunun (s) hədislərinə və onun həyatına nəzər saldığımız zaman onun xüsusilə müsəlmanlara qarğış (bəd dua) etmədiyinə şahid oluruq. Peyğəmbər (s) bu barədə buyurub: “Özünüzə, övladlarınıza və mallarınıza qarğış (bəd dua) etməyin. Ola bilər ki, qarğışınız duaların qəbul olunduğu bir zamana təsadüf etsin və qəbul olunsun” (Müslim). Peyğəmbər (s) insanları İslama dəvət etmək üçün Taif şəhərinə getdiyi zaman şəhər əhalisi onu daş-qalaq etmiş, ayaqlarını qanatmışdılar. Həmin zaman Allah tərəfindən ona (s) Taif əhalisinə qarğış (bəddua) edəcəyi təqdirdə duasının qəbul olunacağı bildirilmiş, Peyğəmbər (s) isə onlara qarğış etmək istəməyərək, bəlkə sonralar onların içərisindən Allaha ibadət edən müsəlmanların çıxa biləcəyini demişdi. Qarğışla bağlı başqa bir hədis isə belədir: “Bir-birinizə Allahın lənəti, qəzəbi və cəhənnəm əzabı ilə lənət və qarğış etməyin!” (Əbu Davud. Ədəb, 45; Tirmizi. Birr, 48). Rəsulullah (s) bir hədisdə isə belə buyurub: “Mömin nə tən edən, nə lənət edən, nə kobud və çirkin söz söyləyən, nə də həyasız olandır” (Tirmizi. Birr, 48). Qarğış mahiyyəti etibarilə bir insanın dünyada qəzəbə düçar olması məqsədilə edilir. Peyğəmbərin qarğış etdiyi vaxtlar da olmuşdur. Belə ki, bir dəfə Peyğəmbər (s) Kəbədə namaz qılarkən ona rişxənd edib ələ salan müşriklərə qarğış etmiş və həmin müşriklər də Bədir müharibəsində müsəlmanlar tərəfindən öldürülmüşdülər. Eləcə də Biri-Maunə adlanan ərazidə Kilab qəbiləsinin 70 İslam dəvətçisini şəhid etməsindən sonra Peyğəmbər (s) həmin qəbiləyə bir ay ərzində qarğış və lənət etmişdir. Bütün ayə və hədisləri nəzərə aldığımız zaman görürük ki, müsəlman günahkar olan digər müsəlmana qarğış etməməlidir. Bu, ona yaraşan davranış deyildir. Qəzəbini boğa bilməyib başqa bir müsəlmana qarğış etmək bəyənilən əməl deyildir. Biz yuxarıda Peyğəmbərin nəinki müsəlmanlara, hətta bəzən onu incidən müşriklərə belə bir sıra hallarda qarğış etmədiyini gördük. Atanın övlada qarğış etməsinə gəlincə, əgər övlad qarğışa layiq olacaq heç bir qəbahətə yol verməyibsə, əlbəttə ki, atanın etdiyi qarğış onu tutmaz. Belə ki, bu, Allahın ədalətinə ziddir ki, Allah da haqsız yerə heç bir bəndəsini cəzalandırmaz: “Şübhəsiz ki, Allah insaflıları sevər!” (əl- Hucurat, 9). Ünvanına çatan qarğış, ancaq haqlı səbəblərdən dolayı edilən qarğışdır. Allah haqsız yerə heç bir qulunu cəzalandırmadığına görə, ata övladına qarğış etsə və həmin qarğışa övlad layiq deyilsə, onu qarğış tutmaz. Atanın alqışının və qarğışının övladı tutması məsələsinə gəlincə, bu el arasında yayılmış sözdür. Peyğəmbərin bildirdiyinə görə, valideynin övlad üçün etdiyi dua qəbul olunan dualardandır. Ancaq haqsız yerə edilən heç bir qarğış ünvanına çatmaz. Məsəlin ikinci hissəsinin sualda göstərilən haqsız yerə qarğış prizmasından heç bir əsası yoxdur.
Posted on: Sat, 27 Jul 2013 11:50:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015