“Qarabağ” Topaz Premyer Liqasının 9-cu turu çərivəsində - TopicsExpress



          

“Qarabağ” Topaz Premyer Liqasının 9-cu turu çərivəsində öz medanında paytaxtın eyni adlı komandasını 3:0 hesabı ilə məğlub edərək, liderliyə yüksəldi. Ağdam komandasının icraçı direktoru Əmrah Çəlikəl bu mühüm qələbənin təəssüratını azerisport.az saytına müsahibəsində bölüşüb: - Yaxşı oyun oldu. Nəticə ortadadı. Vacib qələbə qazandıq. Çıxışımızı bu tərzdə davam etdirməyə çalışacağıq. - Hesabın belə böyük olması sizin üçün gözlənilməz alınmadı? - Xeyr. Komandamıza hər zaman güvənirəm. - Qarşıda yenə gərgin matçlar var. Həmin sədləri də adlaya biləcəksinizmi? - Baş məşqçimizin öz planı var. Ona uyğun hərəkət edəcəyik. Milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində görüşləri ilə əlaqədar, futbolçularımıza 4 gün istirahət veriləcək. Sonra yenidən toplaşacağıq. - “Qarabağ” cari mövsüm çox iddialıdı. Premyer Liqada rəqabət isə, daha gərginləşib. Qış fasiləsinə qədər yarış cədvəlində hansı yerdə qərarlaşmaq istəyirsiniz? - İndiki liderliyimizi qış fasiləsinə qədər davam etdirəcəyik. Birinci yerdə olmalıyıq ki, daha yaxşı hazırlaşıb, növbəti mərhələdə məqsədimizə nail olaq.
Posted on: Sun, 06 Oct 2013 06:01:35 +0000

Trending Topics