“Rabitəbank”ın başı dərddə Zakir Nuriyev isə - TopicsExpress



          

“Rabitəbank”ın başı dərddə Zakir Nuriyev isə cəmiyyətə yalan informasiyalar ötürür 19.07.2013 / 13:11 Məlum olduğu kimi “Rabitəbankın” təsisçiləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində fəaliyyət göstərən BTRİB və Aztelekom kimi iri müəssisələrdir. Verilən məlumatlara görə bu gün “Rabitəbankın” səhmlərinin 48 %-i məhz bu müəssisələrin vasitəsilə hələ də RİTN-nin nəzarətindədir. Buna baxmayaraq bankın bütün fəaliyyətinə faktiki rəhbərliyi Müşahidə Şurasının Sədri Zakir Nuriyev həyata keçirir. Həm də bu rəhbərlik heç də həmişə bütün səhmdarların maraqlarını eyni səviyyədə ifadə etmir. Etibarlı mənbələrdən aldığımız xəbərlərə görə Zakir Nuriyev həm də bankın idarə heyətində RİTN-nin maraqlarını müdafiə edən kadrları mütəmadi olaraq sıxışdırır və bu şəxslərin bankın fəaliyyətinə dair strateji qərarların qəbulu prosesində iştiraklarını məhdudlaşdırır.Yeri gəlmişkən bir müddət bundan əvvəl, Azərbaycanın bank bazarına daxil olmaq istəyən Türkiyənin “İş Bankası” ilə aparılan danışıqların mövzusu da Müşahidə Şurasının Sədri ilə digər səhmdarların münasibətlərində gərginliyin azalmasına xidmət etmiş olmadı. Danışıqların gedişində satınalma ilə bağlı müzakirə aparılıb, lakin bununla bağlı qərar olmayıb. Bu xüsusda marja.az saytı Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verirdi ki, görüş barədə təklif məhz “Rabitəbank”dan gəlib. Digər tərəfdən isə Zakir Nuriyev mətbuata verdiyi açıqlamalarında bildirib ki, “Rabitəbank”ın “İş Bankası”na 100% satılması müzakirə mövzusu olmayıb. Onun sözlərinə görə “Rabitəbank” və “İş Bankası” arasında aparılan danışıqlar strateji investorların banka dəvət edilməsi məqsədini daşıyırdı: “Məqsəd hər zaman bankın elan etdiyi strategiyaya uyğun beynəlxalq maliyyə institutlarının strateji investor kimi banka dəvət edilməsidir. Məhz bu strategiya əsasında görüşlərimiz olub. Bankın 100% satılması heç zaman müzakirə mövzusu olmayıb. Sadəcə, danışıqlar “İş Bankası”nın “Rabitəbank” ın səhmdarları sırasına daxil edilməsi ətrafında aparılmışdır.” Lakin mənbələr bu danışıqlarda heç də “Rabitəbank”ın bütün əsas səhmdarlarının maraqlarının təmin olunmadığını iddia edirlər. Bildirilir ki, hətta söhbət sadəcə “İş Bankası”nın səhmdarlar sırasına daxil edilməsindən getmiş olsa belə, bu qərara əsas səhm sahiblərinin münasibəti mütləq öyrənilməli idi. Hal bu ki, Türkiyə mətbuatı da “İş Bankası”nın “Rabitəbank”ı almaq məqsədilə danışıqlar apardığını yazmışdı. Materiallarda bildirilirdi ki, “İş Bankası” Azərbaycan bazarına daxil olmaq üçün ölkəmizdə filialın açılması və mövcud banklardan birinin alınması variantlarını nəzərdən keçirir. Lakin Zakir Nuriyev bu danışıqlara “Rabitəbank” ASC-nin Mərkəzi Bank tərəfindən irəli sürülmüş kapital tələbini yerinə yetirə bilməməsi səbəbindən getməsi ehtimalını qətiyyətlə rədd edir: “Hazırda “Rabitəbank” ASC-nin kapitalı 45 milyon manata bərabərdir və 10 milyon manat əlavə emissiyanın edilməsi haqqında qərar qəbul edilmişdir. Bu ilin sonuna qədər 10 milyon manat əlavə emissiyanın həyata keçirilməsi ilə bankın kapitalı 55 milyon manata çatdırılacaqdır. Bu məsələ bizim üçün aktual deyil”. Lakin mənbələr Müşahidə Şurası Sədrinin səmimiliyinə inanmağın hər zaman riskli olduğunu vurğulayırlar. Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, bir müddət əvvəl “Rabitəbank”ın baş ofisinin yerləşdiyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında olan binanın özəlləşdirilməsi zamanı da, Zakir Nuriyevin səmimiyyətinə etibar edənlər bu riskin ağırlığını düzgün qiymətləndirməmişdilər...
Posted on: Fri, 19 Jul 2013 12:36:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015