"Sevgi qonaq gәlir" (real) Hissә-2 ( Final) Ona evlilik - TopicsExpress



          

"Sevgi qonaq gәlir" (real) Hissә-2 ( Final) Ona evlilik tәklifi etmәk üçün aldiğim üzüyü dәnizә attim. Artiq hәr şeyi anlayirdim. Demәk mәni ancaq pula görә "sevirmiş". Demәk sevgisi bu qәdәr saxta, bu qәdәr ucuz imiş. Bәs Zaur?! O ki mәnim qardaşim idi. Niyә mәn?! Niyә bütün bunlari mәn yaşayiram?! Mәnim xoşbәxt olmağa haqqim yoxdu?! Artiq tәk dostum içkilәr olmuşdu. Axşama qәdәr işlәyib, gecәlәri barlarda içirdim. İçki mәnә dәrdimi unutdururdumu?! Әsla! Universiteti necә bitirdim heç bilmәdim. Artiq alişmişdim hәyata. Özümә qapanmişdim. Sadәcә ailәm üçün yaşayirdim. Bәlkә dә hәyatin imtahani idi bu. Amma mәn bu imtahana hazirlaşmamişdim. Mәn bu imtahandan xәbәrsiz idim. Zaman hәr dәrdә çarәdir, deyirlәr. Zaman ötdükcә qismәn unudurdum keçmişi. Hәlә dә sevirdim onu? Hәlә dә sevirdim onu... 2 il keçmәyinә baxmayaraq, hәlә dә sevirdim onu. Taki o günә kimi... O gün işdәn tez çixmişdim, ev üçün bazarliq edirdim. Vә onu gördüm... O dәyişmişdi. Böyümüşdü sanki... Yox, dәyişmәmişdi, әvvәlkitәk gözәl idi. Mәni görmәmişdi. O gün anladim, mәn onu unutmuşdum. Mәn sevgimi öldürmüşdüm. Sevgi dә yox idi, nifrәt dә... Ona nifrәt belә edә bilmirdim artiq. 1 ili dә belә yola verdim. Artiq 24 yaşim var idi. Hәrdәn keçmişimi xatirlayib, özümü bәdbәxt adlandirirdim. Hәyatimda hәr şey stabil idi. O günә kimi... O gün iş günüm deyildi. Dayimgilә getmişdim. Anamin әmisi qizi Yaqut xala da burda idi. Axşam evә qayidanda Yaqut xalani da evlәrinә qәdәr ötürdüm. - Gәl, çay qoyum iç, sonra gedәrsәn. - Yox, xala mәn gedim, çox sağolun. - Bura qәdәr gәlmisәn, 1 stәkan çayimizi içmәsәn inciyәrәm. Mәn mәcbur razilaşdim. Evә girәndә bir şey diqqәtimi çәkdi. Şәkillәri... Bu Günay idi, Yaqut xalanin qizi. Uzun zamandi görmürdüm. Şәkilә baxmaqdan hәr şeyi unutmuşdum. - Xoş gәlmisiniz Mәn diksinib geri çevrildim. Şәkildәkindәn daha gözәl görünürdü. - Xo.. xoş gördük. Hәmin axşam necә bitti bilmәdim. Hәyәcandan çayi üstümә dağitmişdim. Әsl biabirçiliq idi. Nәhayәt sağollaşib evә gettim. Bütün gecә onu düşündüm. Hәr ağlima gәldikcә özümdәn asli olmadan gülümsәyirdim. O gündәn sonra tez-tez onlara gedirdim. Günayi görmәk üçün... Vaxt keçdikcә Günayla dostlaşirdiq. Mәn başa düşürdümki, Günaya olan hisslәrim dostluqdan da artiqdir. Amma etiraf etmәkdәn, onu itirmәkdәn qorxurdum. İllәr әvvәl çәkdiyim әzablarin tәkrarlanmasindan qorxurdum. - Günay? - Pәrviz? Burda nә işin var? - Şeyy... Keçirdim tәsadüfәn.. tәsadüfәn yәni... - Hә, anladim. Onu görmәk üçün oxuduğu universitetә qәdәr gedirdim. Bilirdim, o da mәnә qarşi nәsә hiss edir. Bunu onun gözlәrindәn oxuyurdum. O mәnim hәyatimi dәyişmişdi. Mәni mәn olduğum üçün sevirdi. Pulumun olub olmamasi onu maraqlandirmirdi. Bәli, o mәni sevirdi. Günaygilә elçi gәlәcәyini eşidib, Günayi sevdiyimi etiraf etmişdim. Onu itirmәyi gözә ala bilmәzdim. Bundan sonrasini çox uzatmayacam. Nәhayәt hәyat mәnim dә üzümә gülmüşdü. Günaya evlilik tәklifi ettim, tәbiiki qәbul etdi. Hәyatimizin әn xoşbәxt anlarini yaşayirdiq. Günay 3cü kursda oxuduğundan, onun universiteti bitirmәsini gözlәdik. Vә xoşbәxt sonluq... - Elә bu? - Pisdi? - Burda bitmәmәli idi. - Onda buyur sәn bitir Günay xanim! - Mәmnuniyyәtlә, Pәrviz bәy! Hә, harda qalmişdiq? Biz evlәndik. Vә bizim şirin-şәkәr, anasi kimi gözәl-göyçәk qizimiz oldu. - Özünü az tәriflә - Sәn sus, qarişma. Hә, qizimiz, bizim ilk " Sevinc"imiz. Sevincin artiq 3 yaşi tamam olur, bu gün sabah ona qardaş vә baci gәlir. - Günay, dәlisәn? Qardaş ya baci? Qәrar ver. - İkisi dә! Unutmuşdum, sәnә deyim hәkim dediki,ekiziniz olacaq. - Nәәә?!. Bunu mәnә indi deyirsәn?! - Hamilәlikdәndi deyәsәn, unutqan olmuşam. - Belә şeyi unutmaq olar?! 2 at sonra uşağim olacaq, hәtta uşaqlarim amma mәnim xәbәrim yoxdu! - Üstümә qişqirma!!! - Günay?? Hara?? Hekayә!! - Başina dәysin hekayәn! Oğlumuzun adi Ümid, qizimizin adi da Aysu olsun. Ümidvaram Aysu da anasina bәnzәmәz. Yoxsa 3 qizdan çәkәcәyim var. - Eşitdim! Bundan sonraki hekayәnin adi " Pәrviz vә Günay" olsun. Ps. Hekayәmi oxuyan hәr kәsә tәşәkkürlәr. Hekayәdә Pәrvizlә Günayin evlәnmәsinә qәdәr hәr şey realdir. İnşallah tezliklә evlәnәrlәr:) #Marina_A
Posted on: Fri, 13 Sep 2013 20:11:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015