"Van Allen Qurşaqları" adlanan və dünyanın maqnetik - TopicsExpress



          

"Van Allen Qurşaqları" adlanan və dünyanın maqnetik sahəsindən qaynaqlanan bir təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə, Günəşdə tez-tez meydana gələn və "parlama" adı verilən enerji partlamaları, - "Van Allen Qurşaqları" olmasa, Yerdəki bütün həyatı yox edə bilər. "Van Allen Qurşaqları"- nın həyati əhəmiyyətini dr. Hugh Ross belə izah edir: Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu böyük nikel-dəmir nüvəsi böyük bir maqnetik sahəyə malikdir. Bu maqnetik sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya borbardmanındanqoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat mümkün olmazdı. Maqnetik sahəsi olan və qayalıq bölgələrdən ibarət olan digər yeganə planet Merkuridir. Lakin bu maqnetik sahənin gücü Yerdəkindən 100 dəfə azdır. Van-Allen radiasiya qoruyucu təbəqəsi sadəcə Yerdədir. Ötən illərdə təsbit edilən bir partlamada ortaya çıxan enerjinin Xerosimaya atılana bənzər 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır.Partlamadan 58 saat sonra kompasların əqrəblərində həddindən artıq hərəkətlilik müşahidə edilmiş, Yer atmosferinin 250 km hündürlüyündə istilik artaraq 2500°C-ə yüksəlmişdir. Qısacası, Yerin üzərindəonu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl sistem işləyir. ALLLAHIN MOHTESEM YARATMA SENETINE BIR NUMUNE DAHA..
Posted on: Tue, 20 Aug 2013 17:45:05 +0000

Trending Topics



were supposed to get
FOR SALE Price : 1999 each NOW 1250 each Brand name : Disguise®
OH WHERE OH WHERE HAVE THE SHELTER DOGS GONE! Several ALARMING

Recently Viewed Topics




© 2015