“Xəzər Lənkəran” Maltaya darmadağınla yollanır FUTBOL | - TopicsExpress



          

“Xəzər Lənkəran” Maltaya darmadağınla yollanır FUTBOL | 12CIOYUNCU.INFO | 29.06.2013 00:37 Bu gün Almaniya toplanışı çərçivəsində “Xəzər Lənkəran” ilk yoxlama oyununa çıxıb. Komandamız məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında Almaniyanın ikinci divizionunda mübarizə aparan “İnqolştad 04”-ün ikinci komandası ilə üz-üzə gəldi. Bakı vaxtı ilə saat 21:00-da başlayan matça “Xəzər Lənkəran” aşağıdakı start heyəti ilə çıxdı: Toni Doblas, Alvaro Silva, Adrian Skarlatake (k) ,Radomir Todorov, Elnur Allahverdiyev, Vanderson Skarduelli, Sadio Tounkara, Nikola Qliqorov, Marin Orsuliç, Zoahir Benouahi, Junior Nildo. İlk dəqiqələrdən rəqib daha diqqətli oynayaraq topu özündə saxlamaqla hücumlar təşkil etməyə başladı. Elə matçda ilk real qol vəziyyətini də almanlar yaratsa da Toni dəqiq oynadı. Tədricən matçda təşəbbüsü ələ alan “Xəzər Lənkəran” dəqiqələr keçdikcə oyunda dominant tərəfə çevrildi. Sadionun sağ cinahdan uzun reydi sonrası cərimə meydanına havalanan topa Vanderson yetişsə də baş zərbəsi dəqiq olmadı. Lakin 14-cü dəqiqə də komandamızın yeni transferləri ilk qolun əsasını qoydular. Nikola Qliqorovun mərkəzdən ara ötürməsi sonrası Nildo topla irəliləyərək qapıçını da aldadıb çərçivəni dəqiq nişan aldı. Qoldan 7 dəqiqə sonra “Xəzər Lənkəran” ardıcıl iki epizodda hesabı artırmağa yaxın oldu. Amma Nildonun zərbəsini qapıçı, Zoahirinin vuruşunu isə dirək qarşıladı. Meydanboyu daha dəqiq ötürmələrlə topa hakim olan komandamız 34-cü dəqiqədə hesabı artırmağa nail oldu. Benouahi qapıçı ilə üz-üzə qaldığı epizodda şansını boşa versə də daha sonra ötürməsini Skarlatake dəqiq zərbə ilə qapıya göndərdi. Mərakeşli futbolçumuz qoldan 4 dəqiqə sonra bu dəfə aşırma zərbə ilə rəqib qapıçını məyus etməyi bacardı. Fasiləyə komandalar “Xəzər Lənkəran”ın 3-0 hesablı qələbəsi ilə çıxdılar. Fasildən sonra komandamızın heyətində əsaslı dəyişiklər baş verdi. Toni-Orxan, Skarlatake-Rasim Ramaldanov, Elnur Allahverdiyev-Eder Bonfim, Todorov-Pit, Marin Orsuliç-Rahid Əmirquliyev, Nikola-Elnur Abdullayev, Tounkara-Uğur Pamuk əvəzetmələrindən sonra rəqibimiz müəyyən anlarda daha üstün oyun sərgiləməyə başladı. Bununla belə 51-ci dəqiqədə Elnur Abdullayevin ara ötürməsini Benouahi dəqiq tamamlayaraq dubl etdi. Az sonra yeni transferimiz yüngül zədə alaraq yerini gənc futbolçumuz Elnur Cəfərova verdi. Sonrakı dəqiqələrdə rəqib bir epizodda hesab arasındakı fərqi azaltmağı bacardı. Bununla belə Pit və Elnur Cəfərovun qolları ilə hesab 6-1 çatdı və “Xəzər Lənkəran” sabahkı Malta səfəri öncəsi rəqibini darmadağın etdi. Sonda Orxan Sadıqlının 90-cı dəqiqədə rəqibin penalti vuruşunu dəf etdiyini də vurğulayaq. Matç sonrası Con Bencamin Toşak matçı izləyən media mınsublarına oyunla bağlı fikirlərini söylədi: “ Rəqibimiz əsasən sərt oyuna üstünlük verirdi. Biz ilk iki qolu vaxtında vurmağı bacardıq. Məhz bu qollardan sonra daha rahat oynamağa başladıq. Yeni transferlərimiz Nildo və Benouahi komandamıza nə qədər fayda verəcəklərini bir daha göstərmiş oldular. MƏNBƏ: lankaranfc
Posted on: Sat, 29 Jun 2013 05:07:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015