01 Mart 2014-cü il tarixdə İlham Əliyev adına Olimpiya - TopicsExpress



          

01 Mart 2014-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 05 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən Boks yarışı üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Yarışa Naxçıvan MR Boks Federasiyası, Naxçıvan şəhər Gənclər və İdman İdarəsi rəhbərlik etmişdir. Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş, Naxçıvan MR Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarış barədə fikirlərini bildirmiş və idmançılara uğurlar arzulamışdır. Yarışda 12 çəki dərəcəsində 40 idmançı mübarizə aparmışdır. Yarışın yekun nəticələri aşağıdakı kimi olmuşdur. 36 kq. I yer-İbrahimov Polad 38 kq. I yer- Süleymanov Ülvi 40 kq. I yer- Novruzov Məhəmməd 44 kq. I yer- Qubuşov Ayxan 46 kq. I yer- Məmmədov Elçin 52 kq. I yer- Babayev Kərim 56 kq. I yer- Cəfərzadə İbrahim 60 kq. I yer- Bayramov Arif 64 kq. I yer - Məmmədov Vüqar 69 kq. I yer- Orucov Dövlət 75 kq. I yer- Abdullayev Sərvər 80 kq. I yer - Orucov Nihat Qaliblərə Naxçıvan MR Boks Federasiyasıını qiymətli hədiyyələri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
Posted on: Mon, 03 Mar 2014 06:24:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015