1. Azərbaycan dilinin qloballaşmasına nail olmaq - TopicsExpress



          

1. Azərbaycan dilinin qloballaşmasına nail olmaq lazımdır Yazıda ilk növbədə dil məsələsini önə çəkmək təsadüfi deyil. Müxtəlif elm sahələri ilə məşğul olan alimlərin əsərlərini təhlil edəndə, eyni zamanda adi həyat tərzi milli kimlik məsələsində DİL amilinin əsas olduğunu üzə çıxarır. Azərbaycan dövlətində dil amili toplumu sıxışdıran, ayrı-seçkilik salan deyil, əksinə, birləşdirən, bütövləşdirən faktordur. Hələ qədim və orta əsrlərdə, xüsusi ilə XIX-XX əsrlərdə inkişaf edən DİL FAKTORU-nun müasir dövrün tələblərinə uyğun olaraq rövnəqləndirilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilininin inkişafı ilə bağlı fərman və sərəncamları bunun üçün ciddi əsaslardır. Bu rəsmi sənədlərin həm dövlət səviyyəsində, həm də yerli səviyyədə həyata keçirilməsi istiqamətində işləri genişləndirməyə ehtiyac vardır. Burada yazılı və elektron mətbuatda, mobil rabitə, internetdə Azərbaycan dilininin tətbiqi məsələləri xüsusi önəm daşıyır. Mobil telefon klavişlərində (ə,ğ,ş), kompüter klavişlərində Azərbaycan əlifbasının hərflərinin tətbiqindən tutmuş, Azərspase peykininin Azərbaycan dilininin təbliğatçısına çevrilməsinədək hər şeyi nəzərdə tuturam. Nəzərə alsaq ki, Azərbaycan türk dili Türkiyə türkcəsi ilə müqayisədə daha geniş arealı əhatə edir, türk dilləri içərisində daha başadüşüləndir, onda Allahın bizə verdiyi üstünlüyü internet, televiziya və s. vasitələrlə daha geniş areala yaymaq imkanından istifadə etmək lazımdır. Burada Azərbaycan ədəbi dilinin Şimali Qafqazda yayılması, Cənubi Azərbaycanda mövqeyinin güclənməsi məsələsini də xüsusi ilə qabartmaq istəyirəm. Ortaq türk dilinin, ortaq türk əlifbasının yaradılması ilə bağlı təşəbbüslərə təkcə Türkiyə türkcəsinin Azərbaycanda mövqeyinin möhkəmlənməsi kimi yanaşmaq düzgün deyil. Əksinə, Azərbaycanın peyk yayımı imkanlarının genişlənməsi Anadolu əhalisinin öz doğma dilində (ləhcəsində)-Azərbaycan türkcəsində danışmasına böyük imkan yaradacaq. Bunun üçün yüksək keyfiyyətli serialların, kinofilmlərin, verilişlərin, internet portallarının yaradılması əsas şərtlərdəndir. Azərbaycan dilində beynəlxalq olimpiadaların, müsabiqələrin keçirilməsi də mümkündür. Orta Asiya türk xalqlarının, Türkiyə türkcəsində müəyyən çoxişlənən sözlərin leksikonumuza daxil edilməsi də Azərbaycan dilinini yayılma arealını genişləndirə bilər. Bununla Azərbaycan dilinini qloballaşmasına nail olmaq lazımdır. Azərbaycan türk dilinin qloballaşan dünyada qlobal mahiyyət daşıması üçün məqsədyönlü işlər görmək vacibdir.
Posted on: Mon, 11 Nov 2013 19:31:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015