1 dekabr dünyada QİÇS-lə mübarizə günüdür...(Boş - TopicsExpress



          

1 dekabr dünyada QİÇS-lə mübarizə günüdür...(Boş vaxtınız olanda 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) QİÇS-lə mübarizə mərkəzində qan analizi verin, sadəcə əmin olmaq üçün. Xidmət tam PULSUZDUR!... QİÇS hansı yollarla ötürülÜR? • QİÇS-ə yoluxmuş şəxslə qoruyucusuz cinsi əlaqə zamanı. • QİÇS-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı. • QİÇS-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi). • Gözəllik salonları və bərbərxanalarda QİÇS-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.). • QİÇS-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı... QİÇS hansı yollarla ötürülMÜR? • Əl-ələ görüşmə zamanı. • Qucaqlaşma və öpüşmə zamanı. • Öskürmə və asqırma zamanı. • Qida məhsulları vasitəsilə. • Qab-qacaq və ev əşyalarından istifadə zamanı. • Ev heyvanları vasitəsilə. • Ağcaqanadların sancması zamanı. • Ümumi ayaqyolundan istifadə zamanı. • Üzgüçülük hovuzları və hamamlardan istifadə zamanı. _Tehmasib_
Posted on: Sun, 01 Dec 2013 14:15:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015