15 yaşlı cavan oğlan avtobusa mindi. Görəndəki - TopicsExpress



          

15 yaşlı cavan oğlan avtobusa mindi. Görəndəki yerlərin hamısı boşdu sevincinin həddi yox idi. O, pəncərənin yanında yerini rahatladı. Axı sona kimi getməli idi. Avtobus yola düşdü. 20 dəqiqədən sonra bütün yerlər tutulmuşdu. Oğlan pəncərədən çölə baxır, musiqi dinləyirdi. Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu: - Utanmırsan? Sənin yaşda olanda mən yaşlılara yer verirdim. Başqalarıda ona qoşuldu - Qoca qadın ayaq üstə qalıb, bu da necə özünü saymazyana aparır. 2-3 dəqiqədən sonra bütün avtobusda olanlar artıq oğlanın üstünə düşmüşdü. Oğlan buna dözmədi və dedi: - Yaxşı mən duracağam amma bu yerdə, öz sözlərindən utanmayan biri otursun. Bu sözlər avtobusdakıları¬ şoka saldı, onlar lap hiddətləndilər.¬ Oğlan isə oturacaqların altından qoltuq ağaclarını çıxardı, əvvəl birini sonra o birini. Heç kimə bir söz demədən onlara söykənib dayandı. Hər kəs susdu. Axı heç kimin ağlına gəlmirdi ki, belə ola bilər, hətta onun ayağını bütün yol boyu qəsdən taptalayan yaşlı qadın, yalnız indi başa düşdü ki, oğlan niyə reaksiya vermirmiş. Sonuncu dayanacağa qədər oğlan sakitcə qoltuq ağaclarına söykənərək durdu, avtobusdakılars¬ a susdu. Oğıana çətin idi, amma bir şey ona güc verirdi. Onun yeri boş qalmışdı, orda oturmağa heç kim curət etmədi
Posted on: Sun, 14 Jul 2013 03:42:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015