1807-ci ildə bir neçə döyüşdə Prussiyanı diz - TopicsExpress



          

1807-ci ildə bir neçə döyüşdə Prussiyanı diz çökdürmüş və bu dövləti yer üzündən silməklə hədələyən Napoleonu ələ almaq və onu heç olmasa Maqdeburq şəhərini geri qaytarmağa razı salmaq üçün kral öz qeyri-adi gözəlliyi ilə şöhrət qazanmış arvadı Luizanı təcili olaraq Tilzitə çağıtdırır.Luiza ilə Tilzit sarayında təşkil edilmiş görüşə Napoleon bir başa at gəzintisindən sonra adi yeger mundirində, əlində qamçı gəlir, kraliça isə özünün ən dədəbəli libaında qarşılayır. Onların təkbətək görüşü çox uzun çəkir. Nəhayət kral Fridrix-Vilhelm saray adamlarının istehzalı və mənalı baxışlarına dözə bilməyib,cəsarətini toplayaraq içəri daxil olmaqla Napoleonla Luizanın intim söhbətini yarımçıq qoyur və məlum olur ki, Luiza hələlik heç nəyə nail ola bilməyib... Sonralar Napoleon öz marşallarına zarafatla deyirdi: - Əgər Prussiya kralı otağa bir qədər gec girsəydi, mən Maqdeburqu güzəştə getməli olacaqdım.
Posted on: Sun, 11 Aug 2013 17:36:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015