1997-ci ildən "Borussiya" Dortmunda azarkeşlik edirəm. O vaxt - TopicsExpress



          

1997-ci ildən "Borussiya" Dortmunda azarkeşlik edirəm. O vaxt və ümumiyyətlə heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa bu komandadan imtina edə bilərəm. Ancaq bu gün buna məcburam. Artıq bu komandaya azarkeşlik etməyəcəm. Çünki heyətində erməni oynayacaq. Ən azından mxitaryan "Borussiya"da oynayacağı dönəmdə bu komandaya azarkeşliyimi dondururam. Əlbəttə burada heç kimi qınamağa haqqımız yoxdur. Qoy bizim futbolçular evin içində 5 manat alıb yorğana bir az bərk bürünsünlər. Mahir Şükürov bu yaxınlarda mənə dedi ki, ermənistan futbolunda pul yoxdur ona görə də hamısı xaricə can atır. Dedim ki, razı deyiləm sadəcə onlar sizdən daha peşəkar, daha zəhmətsevərdi. Budur sözlərimin sübutu. Çünki Mahir deyən olsaydı o zaman mxitaryan "Şaxtyor"dan "Borussiya"ya keçməzdi. Deyərdi ki ermənistandan gəlmişəm Donetskdə yağ-bal içində üzürəm qazandığım da bütün nəslimə bəsdir. Amma o öz üzərində çalışdı peşəkar kimi daha da qabağa getdi və bu gün "Borussiya"dadır. Tak çto bizim indiki futbolçular utansınlar və zəif, iradəsiz olduqlarını bir daha boyunlarına alsınlar. Nə qədər ki, bu düşüncədə olacağıq, heç vaxt yeni Nazim Süleymanovlar, Vəli Qasımovlar görməyəcəyik.
Posted on: Tue, 09 Jul 2013 07:43:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015