20+ like istiyirem Emeye hormet like :/ #Miri Çempionlar - TopicsExpress



          

20+ like istiyirem Emeye hormet like :/ #Miri Çempionlar Liqasında tarix yazan 10 futbolçu: 1. Zinəddin Zidan (Real, Madrid) - Bayer (Leverkuzen) 2001/2002 mövsümünün final matçında Real (Madrid) və Bayer (Leverkuzen) komandaları üz-üzə gəlmişdi. Matçın 9-cu dəqiqəsində Raul Qonzales Realı hesabda irəli çıxarsa da, 5 dəqiqə sonra Lusio tarazlığı bərpa etmişdi. Hər kəs ilk hissənin bu hesabla başa çatacağını gözləyərkən Zinəddin Zidan mükəmməl zərbə ilə komandasına 9-cu və hələ ki, sonuncu çempionluğu qazandırmışdı. 2. Lionel Messi (Barselona) - Arsenal 2009/2010 mövsümündə səfərdə Arsenalla 2:2 bərabərə qalan Barselona Nou Kampdakı oyuna bir qədər rahat çıxmışdı. Lakin Nikolas Bendtnerin qolu Barsalı azarkeşləri həyəcanlandırdı. Vacib anda səhnəyə çıxan Lionel Messi poker etməklə komandasını növbəti mərhələyə daşımışdı. 3. Stiven Cerard (Liverpul) - Milan 2004/2005 mövsümünün İstanbulda keçirilən final matçında Liverpul fasiləyə 0:3 hesabı ilə məğlub yollanmışdı. Lakin ikinci hissənin əvvəlində Cerardın vurduğu qol komandasını ruhlandırır. Ardından daha iki qol vuran Liverpul oyunu əlavə hissəyə daşıyır. Penaltilər seriyasında daha dəqiq oynayan Liverpul Çempionlar Liqasının qalibi olmuşdu. 4. Robert Levandovski (Borussiya, Dortmund) - Real (Madrid) Ötən mövsüm ÇL-in yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Real (Madrid) klubu ilə qarşılaşan Borussiyanın heyətində sanki bir oyunçu var idi. Dortmundda keçirilən görüşdə Robert Levandovski 4 qol vurur və bununla da, Borussiya cavab oyunu öncəsi böyük üstünlük əldə edir. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, Almaniya təmsilçisi finala adlamışdı. 5. Ronaldo (Real, Madrid) - Mançester Yunayted Madriddə Mançester Yunaytedi 3:1 hesabı ilə məğlub edən Real klubu səfərə müəyyən üstünlüklə yollanmışdı. Lakin Old Trafford stadionunda rəqib azarkeşlər qarşısında oynamaq heç də asan deyildi. Bununla belə, həmin oyunda het-trik edən Ronaldo komandasının yarımfinala yüksəlməsində böyük rol oynamışdı. Mançester Yunayted Realı 4:3 hesabı ilə məğlub etsə də, mərhələ adlayan tərəf məhz kral klubu olmuşdu. 6. Alessandro Del Pyero (Yuventus) - Real (Madrid) 2002/2003 mövsümündə səfərdə Real (Madrid) klubuna 1:2 hesabı ilə uduzan Yuventus doğma azarkeşləri önündə rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarmışdı. Həmin görüşdə David Trezeqeyə məhsuldar ötürmə verən Alessandro Del Pyero ikinci qolu özü vurmuşdu - 2:0. Pavel Nedved və Zinəddin Zidanın hərəyə bir dəfə fərqlənməsi yekun nəticəni müəyyənləşdirmişdi - 3:1. 7. Roy Kin (Mançester Yunayted) - Yuventus 1998/1999 mövsümündə ÇL-in yarımfinalında Yuventusa 0:2 hesabı ilə uduzan Mançester Yunayted möhtəşəm geri dönüşlə yadda qalmışdı. Həmin oyunda vurduğu qolla komandasını ruhlandıran irlandiyalı futbolçu sonda 3:2 hesabı ilə qələbəyə sevinmişdi. 8. Ueyn Runi (Mançester Yunayted) - Fənərbaxça 2004/2005 mövsümündə Old Trafford stadionunda Fənərbaxçanı qəbul edən Mançester Yunayted rəqibini 6:2 hesabı ilə darmadağın etmişdi. Həmin oyunda yenicə parlamağa başlayan 18 yaşlı Ueyn Runi het- trikə imza atmaqla diqqətləri üzərinə çəkmişdi. 9. Marko van Basten (Milan) - Göteburq 1992/1993 mövsümündə doğma azarkeşləri önündə Göteburqla qarşılaşan Milan rəqibinə 4 cavabsız qolla qalib gəlir. Həmin görüşdə vurulan bütün qolların müəllifi olan Van Basten Milan azarkeşlərinin rəğbətini qazanır. 10. Xristo Stoiçkov (Barselona) - Mançester Yunayted 1994/1995 mövsümündə Barselona Old Trafford stadionunda Mançester Yunaytedlə 2:2 bərabərə qalır. İspaniyada keçirilən cavab görüşündə Barselona 4:0 hesabı ilə qalib gəlmişdi ki, bu qollardan da ikisini məhz Stoiçkov vurmuşdu.
Posted on: Tue, 22 Oct 2013 14:54:29 +0000

Trending Topics




ODINISMS SMALL FACTS OF THE DAY: on the meaning of the sacrificial
APC Lures PDP Legislators With Automatic Tickets As the race for

© 2015