23 din dəyişdim.Nəhayət 6il oxudugum,öyrəndim və Islama - TopicsExpress



          

23 din dəyişdim.Nəhayət 6il oxudugum,öyrəndim və Islama döndüm,dinə aid bacardıgım qədər ilk mükəmməl bir kitab yazdım,Fəlsəfə,Rudimentalism,Miargo style. "Sevgilisiylə görüşə tələsən gənc".Tələsirəm Allahla görüşə.Çimdim,paklandım,həyəcanla,hərarətlə,ətirləndim,təmiz paltarımı geyinərək. Bir kimsəylə görüşəcəyimi lap bir il öncədən bilsəm də özümə bir o qədər fikir verməzdim.Çünki görüşümüzdə O məndən bər bəzək,bahalı geyim,aksesuar istəmədi.Çünki o bundan da daha yaxşı tərzdə görüşə layiqdir.. Tələsirəm,o məni gecikməyim deyə səsləyir,duyuram azanı,ama O heç vaxt gecikmədi. Onun qarşısında diz çökərkən,mənəviyyatım bir o qədər yüksələrdi.Anam qapıdan durub məni seyr edərdi. Səsim titrəyərdi,bogazım quruyardı,həyəcanla,az qala ürək çıxa yerindən,utanardım,varlıgımla baglanmışdım,güvənirdim ona.Mən onu dəlicəsinə sevirəm.Bilirsiz?O çox gözəl,mərhəmətli,rəhmətli birisi.Həmişə bagışlayardı məni.Sizə ondan illərcə susmadan könül dolusu danışardım,ama inciməyin,onu qısqanıram... "Ibadət aludəçisi".Digərləri dik və məgrur yerişi üstün tutarkən,mənim cavan yaşda səcdədən belim bükülmüşdü. Hamımız bir cür keyfi damag idik.Digərlərinin içkidən başı hərləndiyi bir vaxtda,mənim isə oruc ikən ac və susuzluqdan..Onlar çəkdiyi kefə nə varki?Kişi odur mən dediyim kefdən vursun dəm.. Mən aludəçisi olmuşdum,ama ibədətin. Gecikdiyimdə nəinki sümük,damarlarım,hətta qəlbim belə sızlayardı.Artıq bu bir vərdiş idi. Mənim də gözlərim al qan tək qırmızı idi,ama hər gecəmi Qədr gecəsindən fərqləndirməyib yuxusuz qalıb zikr etməkdən.. Aglamaqdan kipriklərim tökülmüşdü,hər dəfədə göz yaşlarımın sədası altda çimərdim sadəcə..Onun sevgisiydi hər şeyə səbəb,aludəçiliyimə də... "Ilahi eşq". Sevgim namaz təkdir,sən isə möhürüm.Eləki Bismilləh deyib niyyətimi etdim,gözlərim möhürdən savayı heç yeri,heç nəyi görməz,baxmaz,sənə etirafımı etdimsə,özgə də eşq axtarmaq duygusu yaddır mənə. Mənə naz edib,tərk edərkən sənsiz o yuxusuz gecələrim sanki Qədr gecələri.. Inan gülüşünün gözəlliyi bəs etmirdimi mənim də gülüşümü ogurladın..Sənsiz iştaham da yox,su belə keçməzdi bogazımdan sanki Oruc tutmuşam.. Səsin Azan səsi tək eşq dolu,tükürpədici və ahəng dolu bir harmoniya.. Ancaq səsini yazsam da diktafona,verməz yerini heç vaxt. Sanki Qızılgül olmayan yerdə ətrini Gülabdan duymaq kimidir... Bu da kitabdan bir hissə. 6illik yaradıcılıgimdaki şer,qəzəl,kitab,hekayə,monoloq,dialoq,rəvayətlərin sayını itirmiş təməli,əməli bədbəxt bir gənc..
Posted on: Sun, 18 Aug 2013 18:35:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015