3-CÜ HİSSƏ: QURANIN ƏHƏMİYYƏTİ, ŞƏRİƏT HÖKMLƏRİNİN - TopicsExpress



          

3-CÜ HİSSƏ: QURANIN ƏHƏMİYYƏTİ, ŞƏRİƏT HÖKMLƏRİNİN SİRLƏRİ VƏ FƏLSƏFƏSİ Sonra həzrət Zəhra (s.ə) üzünü məclis əhlinə tutaraq, mühacir və ənsarın vəzifələrini saydı: «Siz ey Allahın bəndələri, Allahın əmr və qadağaların məsulu, din və vəhyinin daşıyıcılarısınız. Siz öz içinizdə Allahın nümayəndələri, ümmətlər içərisində isə təbliğatçılarısınız. Aranızda ilahi haqqın gözətçisi, hər birinin əli yetdiyi Allah peymanının qoruyucusu və Peyğəmbərin (s) özündən sonra ümməti arasında yadigar qoyduğu şey - Allahın danışan Kitabı və aşkar nur olan sadiq Qurandır. Bu, dəlilləri aydın, batini aşkar, zahiri nur, ona etiqad bəsləyənlər üçün iftixar mənbəyi və eşidənlərini nicat sahilinə yönəldən bir kitabdır. Məhz bu kitabın vasitəsilə Allahın aydın dəlilləri ilə tanış olmaq, (bəndələrə) vacib olan işlərin təfsirini, haram olanların şərhini oxumaq, aydın və kifayət edən dəlilləri, əxlaqi göstərişləri, bəyənilən və caiz olan işləri tapmaq olar. Allah-Təala, imanı sizin üçün şirkdən paklanma səbəbi, namazı təkəbbürlük və qürrələnməkdən xilas olmaq, zəkatı ruhun təmizlənməsi və ruzinin artması, orucu səmimiyyətin (ixlas) təsbiti vasitəsi, həcci İslam ayininin güclənmək, ədaləti ürəklərin bir-birinə bağlanması, bizə tabeliyi İslam yolunun nizamı, imamlığımızı təfriqə və pərakəndəlikdən amanda qalmaq, cihadı İslamm izzəti, səbir və dözümü gözəl nəticəyə nail olmaq, yaxşılıqlara dəvəti insanların islah olunması, ata və anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq, qohumlarla xoş ünsiyyəti cəmiyyətin və Onun qüdrətinin genişlənməsi, qisası canların qorunması, vəfa etməyi bağışlanmaq, çəkidə aldadaraq az salmağın qarşısını almağı nöqsanlarla mübarizə, şərab içməyi qadağan etməyi çirkinliklərdən paklanma, töhmət vurmaq və nalayiq işləri nisbət verməkdən çəkinməyi Allahın qəzəbi qarşısında sədd olması, oğurluq etməməyi ruhun iffətinin qorunması və şirkin haram edilməsini bəndəliyin və haqqın Rəbb olmasına olan inamın səmimiliyini təmin etmək üçün vasitə qərar verdi. İndi ki, bunlar həqiqətdir, siz də ilahi təqvanı rəhbər tutub, Onun məqamına yaraşanı yerinə yetirərək əmrləri pozmamalı və çalışıb, müsəlman kimi dünyadan getməlisiniz. Allahın əmr və qadağalarına itaət edib, din, elm və hidayəti özünüzə rəhbər edin. Çünki Allah bəndələrinin içərisində, yalnız alimlər Ondan qorxur və məsuliyyət hiss edirlər.» Təfsir: Fatimətuz-Zəhranın (s.ə) xütbəsinin bu hissəsində də bir sıra mühüm nöqtələrə işarə edilmişdir. O cümlədən: 1. Dinin təbliği, İslamın dünyada yayılması, dini dəyərlərin, təlim və qanunların qorunması məsələlərində müsəlmanların boynunda elə böyiik bir vəzifə vardır ki, əgər onlar bunu unutsalar, gərək ilahi cəzanın gəlməsini gözləsinlər. 2. Həzrət Fətimə (s.ə) «danışan kitab», «aşkar nur», cəhalət, təəssüb və xurafatın qaranlıqları ilə miibarizəyə qalxan «işıqlı bir çıraq» kimi ifadələrlə Qurani-kərimin əzəmətini dəqiq bir şəkildə ifadə etmişdir. Bu kitab: zahiri gözəl və nurlu, batini aşkar və mənalı, dəlilləri isə qaneedici və nicatvericidir; öz ardıcıllarının nicat tapacağına zamin duran və onların əbədi Behiştə dəvət olunmasını öz öhdəsinə götürən bir rəhbər, özünün fəsahətli məntiqi ilə tövhidin dəlillərini aşkar edən, əqidə əsaslarını aydın bürhanlarla möhkəmləndirən, insaniyyətin təkamülü yolunda əməli proqramlarını təqdim edən, «olar»ları «olmazlar»dan, «yaxşı»nı «pis»dən, «həqiqət»i, «batil»dən ayıran bir nicat mələyidir! 3. Qısa cümlələrlə ilahi hökmlərin fəlsəfəsini aydın bir şəkildə şərh etmiş, imandan tutmuş nəzirə vəfa etməyə qədər, tövhiddən tutmuş çəkidə aldatmamaq məsələlərinin hər birini son dərəcə mənalı cümlələrlə izah etmişdir. Necə də gözəl ifadə edir: «Allah-Təala imanı sizi şirkin bulaşığından pak etmək vasitəsi qərar vermişdir.» Bu cümlədən də anlaşıldığı kimi, tövhidin həqiqəti və Allahtanıma hər bir insanın fıtrətində var. İslam, şirk yolu ilə gələn bulaşıqları fıtrətin üzərindən təmizləmək üçün gəlmişdır. Allah-Təala insanlara təvazökarlıq ruhu üfürmək, tabe olmayanları qürrə atından endirmək üçün səcdə, rüku və Allahın dərgahına yalvarış yolu ilə namazı təsis etmişdir. Zəkat ödəmək insan ruhunun dünya malına və zinətlərinə bağlılığını qoparır və fəqirlərin yaşayış səviyyəsi qalxdıqca, cəmiyyətin ümumi rifah halı artır. Oruc, insanı nəfsi istəklərinə qalib edir, səmimiyyət ruhunu insana üfüriir və təqva yarpaqları onun vücudunun budaqlarında əmələ gəlir. Həcc, İslamın dayaqlarını möhkəmləndirir, bir sıra fıkri, mədəni, nizam-intizam və siyasi zəminlərdə müsəlmanlann güc və qüdrətini artırır. İctimai ədalət qəlblərdən kini yuyur, sahmanda olmayan işlərə sahman verir. Məsum rəhbərlərin rəhbərliyini qəbul etmək yolu ilə Allah-Təala müsəlmanlara sağlam zəmin üzərində qurulan ictimai nizam bəxş edir, tövhid xəttində, hər cür nifaq və pərakəndəlikdən uzaq bir şəkildə onların cəmiyyətini hərəkətə gətirir. Həmçinin, xanım (s.ə) cihad, səbir, dözümlülük, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə, qisas, əhdə vəfa, ticarətdə aldatmamaq, iffət, şərab içməmək kimi mühüm Məsələlərdə barmağını həssas nöqtələrin üzərinə qoymuş, bu mövzuların ruhunu şərh etmişdir. 4.Həzrəti Fatimə (s.ə) yenidən müsəlmanların İslam Quran qarşısındakı məsuliyyətlərinə toxunaraq onları təqvaya dəvət edir. Xüsusəndə, aqibət məsələsi üzərində dayanaraq, israrla bəyan edir: elə bir iş görün ki, dünyadan müsəlman köçəsiniz. Qəlb və ruhunuzu elmin nuru ilə nurani edin ki, yalnız agah olanlar məsuliyyət hiss edir, Allahdan qorxur və təqva yolunda irəlləyirlər. Ya Eli
Posted on: Sat, 22 Jun 2013 12:28:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015