ASAN xidmətinin səyyar xidmət avtobusları 19-29 iyul - TopicsExpress



          

ASAN xidmətinin səyyar xidmət avtobusları 19-29 iyul tarixlərində İsmayıllı şəhərinin mərkəzində olacaqlar. Avtobuslarda səyyar formada göstərilən xidmətlər: Ədliyyə Nazirliyi: notariat fəaliyyəti; Daxili İşlər Nazirliyi: şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi: torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; Dövlət Sosial Müdafiə Fondu: əmək pensiyalarının təyin edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsi: Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; Hüquqi yardım xidməti: Yardımçı xidmətlər: bank hesablarının açılması; valyuta mübadiləsi; dövlət rüsumlarının və xidmət haqlarının qəbulu; inzibati xətalara dair cərimələrin qəbulu; Sığorta: avtomobillərin sığortası; daşınmaz əmlakın sığortası. (əlavə məlumat - asan.gov.az)
Posted on: Mon, 08 Jul 2013 17:38:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015