ATƏT və demokratik dünyanın Azərbaycandakı seçkiyə verdiyi - TopicsExpress



          

ATƏT və demokratik dünyanın Azərbaycandakı seçkiyə verdiyi obyektiv rəylərdən danışan AXCP sədri bildirdi ki, son günlər bəzi Qərb ölkələrindən Ilham Əliyevin üvanına gələn təbriklər heç kimin çaşdırmamalıdır: “Həmin dövlətlər faktiki vəziyyəti nəzərə alaraq, bəzən də praqmatik maraqlar, eləcə də Azərbaycandakı demokratikləşmə prosesində yer almaq üçün hakimiyyətlə müəyyən diplomatik əlaqələr saxlayacaqlar. Bu, sizləri çaşdırmamalıdır. Bu gün də dünya dövlətləri ən qəddar diktator Bəşər Əsədlə tərəf-müqabildir. Çünki o, hələ də kürsüdədir. Kürsüdə oturan adamla hesablaşmaq siyasətin acı reallıqlarındandır. Necə ki, biz müəyyən mənada, hakimiyyətlə hesablaşırıq, məsələn, mitinq keçirmək üçün məktubu Hacıbala Abutalıbova yollamaq məcburiyyətində qalırıq. Yəni, elə şeylər var ki, onu nəzərə almağa məcbur olursan. Əsas odur ki, bütün dünya bizimlə birgə Azərbaycanda seçkinin saxtalaşdırıldığını, Ilham Əliyevin qeyri-legitim olduğunu, xalqdan mandat almadığını, sadəcə, hakimiyyəti zəbt etdiyini bəyan etdi. Ilk dəfədir, nəhayət, ona nail olduq ki, hakimiyyətin puluna, əlaqələrinə baxmayaraq, demokratik dünya seçkinin saxtalaşdırıldığını bəyan etdi. Bundan sorası Azərbaycan xalqına aid məsələdir. Bu rejimdən nə qədər tez xilas olmağımız xalqımızdan asılı məsələdir. azadliq.info/#
Posted on: Sun, 03 Nov 2013 10:55:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015