Alimlər “qorxmazlıq vaksini” üzərində işləyirlər BELTA - TopicsExpress



          

Alimlər “qorxmazlıq vaksini” üzərində işləyirlər BELTA xəbər verir ki, Belarus Milli Elmlər Akademiyasının alimləri insanın davranışının dəyişdirilməsi texnologiyası üzərində işləyirlər. Gələcəkdə bu texnologiya bir növ “qorxmazlıq vaksini”nin əsasını təşkil edə bilər. Belarus MEA Fiziologiya institutu direktorunun elmi iş üzrə müavini Vladimir Kulçitski izahat vermişdir ki, alimlər burunun selikli qişasına təsir göstərərək insanın davranışını dəyişdirməyə çalışırlar. Eksperimentlər zamanı onlar burunun selikli qişasına endotoksinlər-insanın həzm yolunda olan və immun sisteminin fəallaşmasında mühüm rol oynayan bağırsaq çöpü divarının fraqmentlərini yerləşdirmişlər. Heyvanlar üzərində aparılmış eksperimentlər zamanı tədqiqatçılar müəyyən etmişlər ki, endotoksinlərin hətta cüzi bir hissəsinin burun boşluğuna düşməsi onların davranışını dəyişdirir. Vladimir Kulçitski demişdir: “Məsələn, siçovullar və siçanlar daha yuvalarında gizlənməmiş və cəsarətlə açıq havaya çıxmışlar ki, bu da adi halda onlar üçün səciyyəvi deyildir”. Alimlər belə güman edirlər ki, endotoksinlər əsasında yaradılan vaksin insanların öz qüvvəsinə inamının artmasına imkan verəcəkdir. Professor izahat verərək demişdir: “Yalnız sınaqdan çıxarılmış və təhlükəsiz substansiyaların müəyyən dozalarla tətbiqi zəruridir. Məsələyə düzgün yanaşıldıqda onlar sağlamlıq üçün qətiyyən təhlükəli deyildir və dopinq vasitələri sırasına aid edilməməlidir”. Bu sahədə tədqiqatlar davam etdirilir və ola bilsin ki, psixi pozğunluqlara və xəstəliklərə qarşı yeni mübarizə yollarını aşkara çıxarmaq üçün layihə daha da genişləndirilsin”.AzərTAc P S: İnsan özünü islah etməklə, yəni əqidə,əməl və əxlaqının üzərində çalışmaqla kamala çata bilər. Nəinki, burunun selikli qişasına təsir göstərməklə. Bu texnoloqiya yanlız öküzü bu hala sala bilər
Posted on: Sun, 03 Nov 2013 13:58:54 +0000

Trending Topics



iv class="stbody" style="min-height:30px;">
I received this from my daughter today and was moved to tears. The
DID JESUS WORSHIP ON SATURDAY OR SUNDAY BY BISHOP DAVID HILL THE

Recently Viewed Topics




© 2015