Almaz yağışı gözlənilir Bu həftə Denverdə Amerika - TopicsExpress



          

Almaz yağışı gözlənilir Bu həftə Denverdə Amerika Astronomiya cəmiyyətinin iclasında alimlər qrupu maraqlı bir hipotezin yeni sübutlarını təqdim ediblər.Saturn və Yupiterdə almaz yağışları yağa bilər. Dünyanın hər yerində alimlər artıq xeyli vaxtdır ki, bu hipotezin sübutlarını axtarırdılar. Buna əsasən, həmin nəhəng planetlərdə yüksək təzyiq səthə düşən yağış formasında karbonu almaza çevirə bilər. Saturn və Yupiterdə atmosfern yuxarı qatlarında ildırım metan malekullarından karbon atomlarını ayırır. Bu atomlar biri-biri ilə birləşərək iri kömür hissəcikləri yaradır. Bu hissəciklər atmosferin qalın qatlarından aşağı hərəkət edərək böyük təzyiqə və temperatura məruz qalır. Bu proses zamanı hissəciklər əvvəl qrafit, daha sonra isə bərk almaz vəziyyətinə qədər sıxılır. Temperatur 8000 C -ə çatana qədər almaz əriməyə başlayır və maye almaz halında səthə düşməyə başlayır. Alimlərin sözlərinə görə, belə olan halda planetdə 10 milyon tona yaxın almaz yığıla bilər.Bununla yanaşı bəzi alimlər bu hipotezə şübhə ilə yanaşır.
Posted on: Sat, 19 Oct 2013 10:30:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015