Aslan Kərimov : "Bu amil Qurban Qurbanovun işini çətinə sala - TopicsExpress



          

Aslan Kərimov : "Bu amil Qurban Qurbanovun işini çətinə sala bilər" Qurban Qurbanova millinin çalışdırmaq kimi məsuliyyətli işi tapşırmaq bir tərəfdən məni sevindirir. Çünki Qurban bacarıqlıdır və bu işin öhdəsindən gəlməyi də bacaran şəxsdir. Amma digər tərəfdənbaxanda, bu Qurban Qurbanov üçün həm də ikiqat məsuliyyət deməkdir”. Bu sözləri U-16 millisinin baş məşqçisi Aslan Kərimiv deyib. O Qurbanovun millidə çalışmasının ona çətinliklər yaradacağı sualına belə cavab verdi : “Çətinlik o olacaq ki, millinin qarşılaşacağı rəqiblər “Qarabağ” klubunun görüşəcəyi komandalarla nisbətdə güclü ola bilərvə bu amil Qurban Qurbanovun işini çətinə sala bilər. Amma hər şey baş məşqçinin özündən asılıdır, hələ mənbilmirəm ki, Qurban Qurbanov milliyəgetməyə razı olar, yoxsa yox. Bu artıq onun seçimidir. Bir daha təkrar edirəm və sözlərimin əvvəlində də vurğuladım ki, Qurban işini bilən peşəkar məşqçidir”. #sportarena.az #Murik
Posted on: Sat, 17 Aug 2013 17:13:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015