Autizm Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. - TopicsExpress



          

Autizm Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir. Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir. Autizmin Tipik Xüsusiyyətləri •Başqalarına qarşı maraqsızdır. •Göz təmasından qaçır. •Başqaları ilə ünsiyyət qurmur. •İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir. •Digər uşaqlarla oynamır. •Uzun müddət ərzində eyni mövzu üzərində danışır. •Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir. Mənasız sözləri ardıcıl təkrarlayır. •Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir. •Yaradıcılıq tələb edən oyunları oynaya bilmir. •Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir •Davamlı olaraq eyni oyunları oynayır •Ağrıya qarşı laqeyddir •Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir •Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək) •Tək qalmağı seçir •Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir •Predmetlərə bağlanır •Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır • Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur. QEYD: Aparılan tədqiqatlar autizmli uşaqların 75%-indən böyük bir hissəsinin zəka geriliyi olduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.
Posted on: Thu, 04 Jul 2013 10:46:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015