Avropa Birliyi və ya Avropa İttifaqı (ing. European Union) — - TopicsExpress



          

Avropa Birliyi və ya Avropa İttifaqı (ing. European Union) — 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Avropa İttifaqına daxil olan ölkələr: 1957 - Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya (qurucu üzvlər) 1973 - Danimarka, İrlandiya və İngiltərə 1981 - Yunanıstan 1986 - Portuqaliya və İspaniya 1995 - Avstriya, Finlandiya və İsveç 2004 - Estoniya, Litva, Latviya, Çexiya Respublikası, Polşa, Kipr(Rum), Slovakiya, Sloveniya, Malta və Macarıstan 2007 - Rumıniya, Bolqarıstan 2013 - Xorvatiya
Posted on: Mon, 26 Aug 2013 18:35:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015