Avropa Liqasının II təsnifat mərhələsinin cavab - TopicsExpress



          

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycanın 3 klubu yarışın bu mərhələsində iştirak edir. Onlardan biri – “Qarabağ” səfərdə meydana çıxıb. Ağdam təmsilçisi Polşanın “Piast” klubunun qonağı olub. İlk oyunda 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi əsas vaxtda eyni hesabla yenilib. Lakin “Qarabağ” əlavə vaxtda istənilən qolu vurub. “Qarabağ”ın heyətində Leroy Corc və Uriş Kapolonqo fərqlənib. Qeyd edək ki, “Qarabağ” ev oyununda 2:1 hesablı qələbə qazanıb. Səfər matçında komandamıza mərhələ keçmək üçün istənilən hesablı qələbə və heç-heçə ilə yanaşı, 2- dən artıq qol vurmaqla bir top fərqli məğlubiyyət də sərf edir. Avropa Liqası II təsnifat mərhələsi Cavab oyunu 25 iyul Piast (Polşa) – Qarabağ (Azərbaycan) 2:2 Qollar: Mateuş Matraş, 29. Marçin Robak, 36 - Leroy Corc, 8. İlriş Kapolonqo, 88. Piast: 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateuş Matraş, 11. Marçin Robak, 14. Adrian Klepçinski, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 22. Ruben Xurado, 23. Kristof Krol, 25. Damian Zbozien. Ehtiyat oyunçular: 1. Yakub Smatula, 5. Yan Polak, 9. Radoslav Muravski, 10. Kamil Vilçek, 13. Tomaş Doçekal, 16. Pavol Kikman, 27. Artis Lazdins. Baş məşqçi: Marçin Broş. Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 11. Nikolos Gelaşvili, 14. Rəşad Sadıqov, 16. Corc Leroy, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqoli. Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 88. İlriş Kapolonqo. Baş məşqçi: Qurban Qurbanov. Sarı vərəqələr: Baş hakim: Stanislav Todorov (Bolqarıstan). Hakimlər: Stanislav Todorov, Veselin Dobriyanov, Martin Dimitrov, Georgi Yordanov (Bolqarıstan). UEFA nümayəndəsi: Ronald Zimmermann (Almaniya). Hakim- inspektor: Luciano Luci (İtaliya).
Posted on: Fri, 26 Jul 2013 07:20:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015