Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”- - TopicsExpress



          

Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”- “Ayntraxt” oyunu üçün biletlərin qiyməti məlum olub. Futbol Xeber (Idman Azerbaycan)-a açıqlamasında bu barədə “Qarabağ”ın meneceri Asif Əsgərov məlumat verib. O qeyd edib ki, artıq biletlər sifariş olunub. Qiymətlər isə 1 və 2 manat, VIP yerlər üçün isə 50 manat təşkil edir. Klub rəsmisi hələlik rəqib komanda ilə Bakıya nə qədər azarkeşin gələcəyənin bilinmədiyini deyib: “Artıq viza məsələsinə görə “Ayntraxt” klubundan Almaniya səfirliyinə müraciət ediblər. Ancaq hələ ki, yerlər üçün sifariş verməyiblər. Qaydalara əsasən stadionun tutumuna görə, rəqib komandanın azarkeşləri üçün 600 yer ayırmalıyıq. Yaxın günlərdə onlar nə qədər azarkeş gələcəyini bizə deyəcək”.
Posted on: Mon, 12 Aug 2013 11:06:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015