Axsaminiz xeyir..Bir qizin basina gelen ehvalat.gorun burda qizin - TopicsExpress



          

Axsaminiz xeyir..Bir qizin basina gelen ehvalat.gorun burda qizin sef hereketi var? Mən Facebooka sadəcə səhifələrdə maraqlı statuslar oxumağa görə girirdim..Çox oğlan dostluq atırdı mənə amma heçbirin qəbul etmirdim..Arada rəfiqələrimnən inboxda danışırdım..Bir gün Aytən H-va adında bir qızdan mənə dostluq gəldi..Qızı tanımırdım,amma mənə mesaj yazdıkı dostluğu qəbul et işim var..Məndə dostluğu qəbul etdim..Bu qızla səhərdən axşama kimi danışdıq..Çox maraqlı söhbət edirdik..Həyatdan,sevgidən,xəyanətdən..Qısa zamanda onunla padruqa oldum..Artıq hər gün onunla danışırdıq.Ən çoxda xəyanətdən..Həmişə deyirdi özümü öldürəcəm..Bir oğlan ona xəyanət etmişdi.Mən isə ona məsləhət verirdim.Bir gün o mənnən şəklimə baxmağı istədi..Məndə göndərdim..Sonra mən istəyərkən o göndərmədi..Dedi sabah göndərərəm..Sabahsı gün nömrəsin verdi..Biraz danışdıq sonra o çıxdı..birdənədə şəkil göndərdi..Özü və yanında bir yaraşıqlı oğlan..Fikirləşdim yəqin həmin xəyanət edən oğlandı..3 gün facebooka girmədi..Sonra yadıma düşdüki nömrəsin mənə verib, ona zəng etdim..Telefonu bir oğlan götürdü..Tez adboy verdim.Dedim yəqin səhv düşmüşəm..Sonra həmin nömrədən zəng gəldi.. - alo,kimiydiki? Mən: -alo,salam,bağışlayın bu nömrəni mənə bir qız vermişdi adı Aytən idi.. - Aytəən? - aha, Aytən.. - nə zaman? - 3 gün olar.. - (oğlan susdu) - ordasız? - Bəli.. - Yəqin nömrəni səhv verib,yaxşı sağolun..narahat etdim.. - yox,bu onun nömrəsidi..o mənim bacım idi,3gün əvvəl rəhmətə gedib.. - necə?(inanmadım) - bəli,intihar edib..(hiss etdimki oğlan ağlayır) - Allah rəhmət eləsin(özümdən asılı olmadan məndə ağlamağa başladım) Oğlan çox sağol deyib telefonu söndürdü.. Dəhşət içindəydim..Qızın ailəsinə başsağlığı vermək istədim..Qardaşına zəng edib adresi soruşdum..Evlərinə getdim..İçəridə çox adam olduğundan qardaşına zəng edib məni çöldə qarşılasın istədim..(utandım içəri girməyə) Oğlan qabağıma çıxdışşHəmin şəkildəki yaraşıqlı oğlan idi(sən demə qardaşı imiş) Biraz həyətdə oturduq..Onunla necə tanış olduğumuzu ona dedim..Təsadüfə Sonra mənə öz nömrəsin verdi..Oğlanın çox gözəl gözləri var idi..Özümdən asılı olmayaraq ancaq gözlərinə baxırdım.. Sağollaşıb evə gəldim..Oğlanın gözləri gözümün önündən getmirdi..Yəni bu təsadüfdü?Niyə həmin qız məhz məni tapdı,Niyə qardaşıyla belə görüşdük? 2 gün keçdi..Artıq dözə bilmirdim..Oğlana zəng edib görüşmək istədim..Razılaşdı..Sahildə görüşüb Tarqovıda bir restoranda oturduq..çox xoş söhbət etdik.Hava qaralırdı..Sağollaşanda məni ötürməyi təklif etdi..Razılaşdım..Məni məhləmizə qədər öz maşınıyla gətirdi.Düşəndə sabah yenə görüşmək istədiyini dedi..Baxarıq deyib gülə-gülə sağollaşdım.. evə gəldim.. Admin:Ferid
Posted on: Mon, 01 Jul 2013 16:41:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015