Ayətullah Misbah Yezdi: “Allaha yaxınlaşmağın ilk addımı - TopicsExpress



          

Ayətullah Misbah Yezdi: “Allaha yaxınlaşmağın ilk addımı - vacibatlara əməl etmək və haramlardan çəkinməkdir” Ayətullah Misbah Yezdi əxlaq dərsində buyurmuşdur: “Allah bəndəsi adətən, başqalarının tərifindən ləzzət alır. Bunun səbəbi - daxili bir ehtiyacdır. Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Çünki O, Mütləq ehtiyacsız bir Varlıqdır. Allah hətta özü etdiyi işlərə möhtac deyildir, ondan belə üstündür. Biz bunları Əhli-Beytdən (ə) öyrənmişik. Allah buyurur ki, sizi ibadət etmək üçün xəlq etmişəm, səbəbi bu deyildir ki, bizim ibadətimzə ehtiyacı vardır. O, istəyir ki, bu yolla Öz rəhmətini bizə şamil etsin. Ona görə də insanı xəlq etmişdir. İnsan bu yolu gərək özü seçsin. Bu yolu Allah müəyyən etmişdir. Əgər bu yolu getməsək, o hədəfə çatmarıq. Allah Qurani-Kərimdə buyurur ki, bu aləmin həqiqətlərinin üzərinə pərdə çəkilmişdir. Gün gələcəkdir ki, həmin pərdə götürüləcəkdir. İndinin özündə əzab mövcuddur, ancaq biz onu hiss etmirik. Həmin gün görəcəyik ki, atəşdəyik. Dünya ləzzətlərinə qərq olmuş insanların əməlləri də elə o qədərdir. Ondan artığını heç fikirləşmək olmaz. Dünyanın axirətlə fərqlərindən biri də budur ki, orada həqiqətlər məlumdur. Aləmin Allaha olan nisbətini iradənin insanın özünə olan nisbətinə bənzətmək olar. Belə ola bilməz ki, iradə olsun, ancaq biz olmayaq. İradə, yəni o şey ki, bizdən asılıdır. O kəs ki, Allaha çatar, behişt meyvələrindən ləzzət almaz. O, öz Məşuqunun yanında ruzu yediyinə görə ləzzət alar. Allaha yaxınlaşmağın ilk addımı - vacibatlara əməl etmək və haramlardan çəkinməkdir. O kəs ki, bu məqama çatar, Allahın dediklərinə inanar və ona əməl edər. Bu insan elə məqama çatar ki, hətta nəfəs almağı belə Allah rizası üçün olar”. (Deyerler.org-Həvzəh)
Posted on: Sun, 24 Nov 2013 21:55:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015