Azərbaycan Belarusa da uduzdu Almaniya və İsveçrədə - TopicsExpress



          

Azərbaycan Belarusa da uduzdu Almaniya və İsveçrədə təşkil olunan voleybol üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb. Faiq Qarayevin yetirmələri ikinci oyununda Belarusla üz-üzə gəlib. Təəssüf ki, millimiz bu dəfə də məğlubiyyətlə üzləşib. Xatırladaq ki, millimiz ilk görüşündə Xorvatiya ilə üz-üzə gəlmiş və 0:3 hesabıyla uduzmuşdu. Belarus isə startda Rusiyaya 1:3 hesabıyla məğlub olmuşdu. Qrupun digər oyununda Rusiya Xorvatiya ilə qarşılaşacaq. Avropa çempionatı Qrup mərhələsi C qrupu 7 sentyabr Azərbaycan - Belarus - 1:3 (23:25, 20:25, 25:17, 22:25) Turnir cədvəli: Xorvatiya - 3 xal (set fərqi 3:0), Rusiya - 3 (3:1), Belarus - 3 (4-4), Azərbaycan (1-6)
Posted on: Sat, 07 Sep 2013 19:03:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015