Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin - TopicsExpress



          

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafını təmin edir, ölkəmizdəki dinamik inkişaf beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumu sentyabrın 3-də dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatını açıqlayıb. Azərbaycan bu dəfəki hesabatda 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Hesabatda Azərbaycan “makroiqtisadi vəziyyət” göstəricisi üzrə dünyada 8-ci, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə 30-cu, “inflyasiyanın illik səviyyəsi” üzrə 1-ci, “işə götürmə və işdən azad etmə praktikası” üzrə 8-ci, “ümumi milli yığımın ÜDM-ə nisbəti” göstəricisi üzrə 10-cu, “ümumi dövlət borcunun ÜDM-ə nisbəti” üzrə 13-cü, “qabaqcıl texnoloji məhsulların dövlət satınalıması” üzrə isə 14-cü yerdədir. Əgər 2005-ci ildə Azərbaycan hesabatda 117 ölkə arasında 69-cu yeri tuturdusa sonuncu hesabatda 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, artıq 5 ildir ki, Azərbaycan sözügedən hesabatda MDB ölkələri arasında liderliyini qoruyub saxlayır. Dünya İqtisadi Forumunun açıqladığı bu hesabat Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi nüfuzunun artmasının daha bir göstəricisidir.
Posted on: Wed, 11 Sep 2013 14:11:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015