Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti - TopicsExpress



          

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gələn ay baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü iyul ayının ikinci yarısında baş tutacaq. APA-nın diplomatik mənbələrə istinadən xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti görüşün Parisdə keçirilməsini planlaşdırırlar. Görüşdə nazirlər vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cari ideyaları müzakirə edəcəklər. Bu görüşün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyacağı ehtimal olunur.
Posted on: Sat, 29 Jun 2013 15:52:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015