Azərbaycanda oktyabrın 27-də qış vaxtına keçid olacaq. Bu - TopicsExpress



          

Azərbaycanda oktyabrın 27-də qış vaxtına keçid olacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Bununla da, bu il oktyabrın 27-də saat 05:00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Posted on: Fri, 04 Oct 2013 16:09:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015