Azərbaycanda yüksək vəzifəli məmurların övladlarının - TopicsExpress



          

Azərbaycanda yüksək vəzifəli məmurların övladlarının orta məktəb partası arxasından qalxan kimi ildırım sürəti ilə necə uğurlu iş adamlarına, milyardlarla dollarlıq dövriyyəsi olan şirkətlərin, idman klublarının sahiblərinə, konqresmen və senatorlarla oturub-duran bacarıqlı lobbiçilərə çevrildikləri haqda çoxsaylı nümunələr var. Uzun illər korrupsiya yolu ilə böyük sərvətlər toplayan məmurların öz bizneslərini övladlarının adına transfer etməsi ənənəsi artıq formalaşıb və beləliklə də onlar bizneslərini leqallaşdırmağın sadə yolunu tapıblar. Axı məmurların də uşaqları vətəndaşdırlar və onlar da indiki bazar iqtisadiyyatı şəraitində bizneslə məşğul olub “başlarını dolandırmaq” hüququna malikdir.
Posted on: Wed, 11 Sep 2013 15:47:28 +0000

Recently Viewed Topics




© 2015