Azərbaycanın öz "Disneyland"i olacaq Bütün uşaqların - TopicsExpress



          

Azərbaycanın öz "Disneyland"i olacaq Bütün uşaqların arzusu olan nağıllar dünyası - "Disneyland" üçün artıq xaricə getməyə ehtiyac olmayacaq. Avesta konserninin nümayəndəsi, dünyanın səkkizinci möcüzəsi sayılacaq Khazar İslands şəhərciyində "Disneyland"in inşa olunacağını bildirib. O, şəhərciyin yerli sakinlərdən başqa eyni vaxtda 200 min turistin yerləşdirilməsi üçün nəzərdə tutulubduğunu deyib. Qeyd edək ki, Disneyland-dan başqa, ada şəhərciyində turistləri cəlb etmək üçün ippodrom, ralli yolu, həmçinin 70-85 mərtəbə hündürlüyündə 10 brend otel inşa olunacaq. Artıq şəhərin bir hissəsində restoranlar, əyləncə mərkəzləri, ictimai-iaşə obyektləri tamamlanmaq üzrədir. Şəhərə gedəcək yolların kənarına isə bir neçə cərgə iri palma ağacları əkilib. Yeni salınan şəhərin ərazisi 2 min hektarı əhatə edir. Şəhərcik “baş ada”dan, iki paralel xətlə uzanan tikililərdən, çoxmərtəbəli binalar və villalar üçün ayrıca irili-xırdalı adalardan ibarətdir. Kompleksi 20-yə yaxın körpü birləşdiriləcək.
Posted on: Tue, 30 Jul 2013 17:22:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015