AĞCİYƏR ÜRƏYİ Tənəffüs sisteminiin - TopicsExpress



          

AĞCİYƏR ÜRƏYİ Tənəffüs sisteminiin zədələnmələrinin səbəb olduğu ağciyər arterial hipertenziyaın nəticəsində sağ mədəciyin hipertrofiyası və dilatasiyası ( sonralar isə çatışmazlığı ) ilə xarakterizə olunan patoloji vəziyyətdir. Etiologiyası : Ağciyər ürəyinin vaskulyar forması - ağciyər vaskulitləri , I li ağciyər hipertenziyası ,dağ xəstəliyi, ağciyər arteriyasının trombemboliyası nəticəsində əmələ gəlir.Bronxopulmonar forma - bronxların və ağciyər parenximasının diffuz zədələnmələri ilə müşahidə olunur, bronxial astma,broxiolit,Xroniki obstruktiv bronxit,ağciyərlərin emfizeması , diffuz pnevmoskeleroz,ağciyərin fibrozu,tuperkulyoz, pnevmkonioz ,sarkoidoz,Xammen-Ric sindromu zamanı ortaya çıxır.Ağciyər ürəyinin torakodiafraqmal forması - döş qəfəsinin deformasiyaları nəticəsində ağciyərlərdə ventilyasıya və qan axının pozulması , plevral patologiyalar,diafraqmanın patologiyaları şəklində təzahür edir. Patogenezi: Ağciyər ürəyinin patogenezində ağciyər arterial hipertenziyası aparıcı yer tutur ki, buda aşağıdakı hallarda ortaya çıxır : alveollyar hipoksiyaya cavab olaraq - dağ xəstəliyi,bronxial obstruksiyalı, kifoskelerozlu xəstələrdə alveolyar ventilyasiyanın pozulması; pnevmoskeleroz,ağciyərin fibrozu vaskulit ; cərrahi müdaxilədən sonra (pulmonoektomiya) tromboz, trombemboliyalar. Ağciyər ürəyi kəskin, yarım kəskin və xroniki olaraq qruplaşdırılır. Kəskin ağciyər ürəyi bir neçə saat və ya gün ərzində inkişaf edir.(ağciyər arteriyasının massiv trombemboliyası, pnevmotoraks). Yarım kəskin ağciyər ürəyi bir həftə və ya ay ərzində əmələ gəlir (ağciyər arteriyasının təkrari trombemboliyası, I-li ağciyər hipertenziyası ağciyərin limfogen kalsinomatozu, ağır gedişli bronxial astma ,bronxiolit ). Xroniki ağciyər ürəyi uzun illər tənəffüz çatışmazlığı nəticəsində əmələ gəlir. Xroniki ağciyər ürəyinin inkişafında üç mərhələ müəyyən edilir. I - Tranzitor ağciyər hipertenziyası ilə xarakterizə olunur. Əlaməti sağ ağciyərin gərgin fəaliyyətidir ki, buda instrumental tətqiqatlarla ortaya çıxır. II - Sağ mədəciyin hipertrofiyası və stabil ağciyər hipertenziyası ilə xarakterizə olunur (qan dövranı çatmamazlığı inkişaf etmədən. III - Dekompensasiya olunmuş ağciyər ürəyi inkişaf edir. Klinikası : Kəskin ağciyər ürəyi döş sümüyü arxasında ağrılar,tənəffüzun kəskin sürətlənməsi arterial təzyiqin düşməsi (kollapsa qədər) kül rəngi diffuz sianoz ürək sərhədinin sağa doğru genişlənməsi, bəzən epiqastral pulsasiyanın meydana çıxması, taxikardiya, ürəkdə II tonun güclənməsi, ürəyin elektrik oxunun sağa sapması, venoz təzyiqin yüksəlməsi, boyun damarlarının şişməsi,qaraciyərin böyüməsi ilə müşahidə olunur. Xroniki ağciyər ürəyi dekompensasiya mərhələsinə qədər hiperfunksiya ilə, sonralar isə arterial hpertenziya fonunda sağ mədəciyin hipertrofiyası müşahidə olunur.Bu öncələr EKQ ilə , sonralar isə klinik əlamətlərlə - nəzərəçarpan ürək impulslarının meydana çıxması ,sağ mədəciyin pulsasiyası ,ağciyər arteriyası üzərində II tonun daimi aksenti meydana çıxır.Dekompensasiya mərhələsində sağ mədəcik çatışmazlığı inkişaf edir. Taxikardiya,akrosianoz,nəfəs alma zamanı boyun venalarının şişməsi ,(bronxial obstruksiya səbəbindən ola bilər) , nikturiya,qaraciyər böyüməsi, periferik ödemlər meydana çıxır.
Posted on: Fri, 30 Aug 2013 05:10:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015