Aşura günü — Məhərrəm ayının 10-cu günüdür. Matəm - TopicsExpress



          

Aşura günü — Məhərrəm ayının 10-cu günüdür. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəftarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn (ə) və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Bununla bağlı Respublikanın Mərkəzi Qan Banklarında, Məscidlərdə qanvermə aksiyaları keçirilməkdədir. Kimlər qan verə bilməz?! Hepatit B – heç bir zaman qan verə bilməzlər. Hepatit C – heç bir zaman qan verə bilməzlər. AIDS – heç bir zaman qan verə bilməzlər. Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər. Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər. Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər. Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər. Bronxit-xroniki xəstələr qan verə bilməz. Epilepsiya xəstələri qan verə bilməzlər. Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz. Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər. Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər. Allergiya – asma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər. Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.
Posted on: Thu, 14 Nov 2013 15:34:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015