BU AVTOMOBİLDƏN CƏMİ BİR DƏNƏDİR Tam yeni Pagani Zonda - TopicsExpress



          

BU AVTOMOBİLDƏN CƏMİ BİR DƏNƏDİR Tam yeni Pagani Zonda olduqca güclü 760 modelinin bazasında hazırlanıb. Ron Alder W Photography tərəfindən Hong Kong-da lentə alınan növbəti Pagani Zonda 760 Fantasma modeli isə, Zonda 760 seriyasının Zonda 760 RS, 760 LH və 764 Passione adlı modellərindən sonra 4-cü buraxılışdır. Əvvəlki Zonda 760 Seriyalı üç modelə nisbətən, 760 Fantasma zəngin tarixə malikdir. Belə ki, model ilk dəfə 2005-ci ildə Pagani zavodunu tərk edib. 53 şassi nömrəsinə malik Zonda F, daha sonra Peter Saywell adlı şəxs tərəfindən satın alınıb. Lakin yeni Zonda PS modelini əldə edən Peter, bir müddət sonra supercar-ı Hong Kong-lu bir müştəriyə satır və yeni sahibi avtomobili qara disk dəsti ilə təchiz edir. Lakin 2012-ci ildə heyranedici avtomobil yüksək sürətlə hərəkət zamanı idarəetməni itirərək, ağacla və daha sonra polad sütunla toqquşur. Şahidlərin bildirdiklərinə əsasən, avtomobil tam məhv olsa da, sürücü qəzadan demək olar ki, yara almadan qurtulur. Hal-hazırda İtalyancadan tərcümədə (Fantasma) “ruh” adını alan avtomobil tam bərap edilib. Digər üç ədəd Zonda 760 modelləri kimi, Fantasma da karbon-titan şassi üzərində inşa edilib və 760 a.g. hasil edən 7.3 litr həcmli V12 mühərrik, eyni zamanda bir neçə vizual yeniliklər qəbul edib. Avtomobil tam yenilənmiş korpus, Zonda Tricolore LED gündüz işıqları, dörd ədəd karbon hava çıxışı, yeni yüngül disklər, Cinque-ruhlu karbon dam hissə, iri arxa qanad və digər detallardan ibarət yeni görünüş əldə edib. Model eyni zamanda, sekvental sürət qutusu, karbon arxa sonluq və arxa qırmızı vurğularla təchiz edilib.
Posted on: Fri, 14 Feb 2014 19:50:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015