Bahalı Bezmişəm səliqəli olmaqdan.Robotlar belə məndən - TopicsExpress



          

Bahalı Bezmişəm səliqəli olmaqdan.Robotlar belə məndən daha sərbəstdi.Hər gün səliqəli klassik geyimdə olmalı , üzüm də həmişə təmiz olmalıdı…Kimlərəsə məcbur xoş üz göstərmək iş xatirinə hər sözlərinə xoş təsir bağışlamalısan..Bu mənim seçdiyim həyat deyil.Bəzən pozitiv oluram.Pulum , evim , maşınım ailəm var…Amma yenə nəsə çatmır.”Axmaq, kasıb bir insanın arzuladığı hər şey var səndə” dostlarım deyir.Hə bir kasıb insanın arzuladığı hər şey məndə var, amma hər şeyə sahib olan insanın arzuladığı şeylər məndə yoxdu. Səhər saat 8-də işdə oluram , axşam 6-ya qədər.Yorğun evə gəlirəm yeməyimi yeyən kimi yatıram.Səhər yenə də eyni şey.Bilirsən uşaq vaxtı yeyəcəyim yeməyi də, alacağım oyuncağı və paltarı da atam seçirdi.Yəni başa düşəcəyiniz həyatımdakı hər addımı atam müəyyən edirdi…Ona olan hörmətimdən səsimi çıxarda bilmirdim.Xoşbəxt deyiləm.Bir qızım var.İndidə həyatıma müdaxilə etməyi bacarırlar və hələdə mən səsimi çıxarda bilmirəm.32 yaşım var.Amma 32 qram ağlım yoxdu…Ağılsızam bəli.Pul heçdə xoşbəxtlik deyil.Mənim sevdiyim bir qız var idi.O başqasını seçdi məni yox.Çünki deyirdi sən öz qərarlarını özün verə bilmirsən.Qorxuram qərar verməkdən.Sözümü önə çəkməkdən qorxuram.Bilmirəm nədəndi bu amma mən olduğum kimi biri deyiləm.Ailəmi soruşsaz onlar razıdı öz həyatlarından.Razı olmuyub neyniyəcəklər.Çoxlarının xəyal etdiyi həyatı yaşayırlar.Bəzən iclasdayam deyib başqa yerə gedirəm.Yox başqa qadınıa görüşmürəm.Tək bir yerə gedib saatlarca ağlayıram.Hə ağlayıram mən 32 yaşlı bir kişi ağlayıram.Lənət olsun axı balaca vaxtı məndə bu cür həyatı arzulayırdım.İndi niyə bəyənmirəmki ? Səbəbi budurki bu həyatı özüm qazanmalı və öz istədiyim kimi idarə etməliydim.Axmaq sürücüm.Onun əlindən tək də qala bilmirəm.Səhər bazar günüdü.Yox mən bazar günü də istirahət etmirəm.Həyat yoldaşımın qohumunun doğum günüdür ona bahalı hədiyyə almalıyıq.Bütün günü onunla şəhərdə maqazinləri ələk-vələk etmək məcburiyyətindəyəm.Çünki qızımın doğum günündə onlar bahalı hədiyyə almışdılar.Bahalı…İki kəlimə dərdləşəcəyim biri yoxdu həyatımda.Pulun artdıqca ətrafında insanların yox qan içənlərin sayı artır.Mən əminəm buna.Hər cümlənin başında brend, ya da bahalı sözü işlənir.Mən məcbur deyiləm belə olmağa.Danizin sahiliynən nəfəsim kəsilincəyə qədər qaçıb ağlamaq istəyirəm…Heç bilirsiz mən evimdə istədiyim kimi hərəkət edə bilmirəm…Özümü səliqəli, varlı biznesmen kimi göstərməkdən bezmişəm. Axşam 9 idi.Böyüdüyüm məhləyə gəldim.Həyat yoldaşım bura gəlməyi heç xoşlamırdı.Sovetin tikdiyi binalar , kasıb insanlar onun imicini zədələyə bilərdi.Arada vaxtım olduqca gəlib köhnə günləri xatırlayırdım.Artıq bir ildən çoxdurki gəlmirəm.Heçnə dəyişilməyib , futbol oynadığımız stadion , o yana bu yana qaçışan uşaqlar.Mən balaca olanda da belə idi.Hər il uşaqların sayı artıq.Oğlum olsa burda böyüməsini istərdim…Amma Leyla buna icazə verməz…Oğlum şəhərdə böyüməli idi 4 divar arasında.Mən bax bu məhlədə böyümüşəm.Gecələr atamın mənı evə çağırışı indiyənəcən yadımdadı.Budur həməşəki kimi uşaqlıq dostum yenə blokun qabağında oturub nəsə fikirləşir.Məndən 2 yaş böyükdü.Eyni blokda qalmışıq həm qonşu , həm də yaxşı dost olmuşuq.Salam, işlər necədi. O susur.Yox məndən incikli deyil.O artıq 10 ildirki heçkimlə danışmır.Sadəcə susur.Blokun qabağında oturub nə isə fikirləşir.Məhlədə nə var nə yox Vaqif ? Gülümsəyir ,amma yenə də heçnə demir.Əlimi onun çiyninı vuraraq məndə gülümsəyirəm.O dəli deyil.Bircə anası var həyatda.Atasının üzündə görməyib heç..Deyirlər atıb gedib…Vaqif yaxşı oğlandı , yaxşı şeirlər yazır.Universited də bitirib.Çox sevdiyi bir qız vardı onunla artıq nişanlanmağa hazırlaşırdı…Təsəvvür edin səhər oyanırsız və öyrənirsizki dünən nişan hazırlıqları barəsində danışıdğınız sevgilinizin bu gün toyudu və başqasını sevir…Həəəəə…Qibtə edirdim həmişə Vaqifə.Çox bilikli , dünya görüşlü uşaq idi.Varlı olan məm heç bəlkədə onun bildiklərini bilmirəm.Pul insanın zahirini dəyişir , daxilini yox.Həmişə yanında qələm və vərəq olurdu Vaqifin…Xasiyyəti heç dəyişilmiyib.İndidə sol tərəfində qələm və kağız parçası var.Hava artıq qaralmışdı…Deyirlə Vaqif həmişə axşam saat 3-ə , 4-ə qədər burda oturur.Fəhlə işlədiyini bilirəm.Neçə dəfə ona oxuduğu ixtisasına uyğun iş vermişəm amma yenə danışmayıb və işləməyib.Bədəninə əzab vermək istəyir mən bilirəm bu hissi.Ruhun verdiyi əzabın acığını bədəndən çıxmaq istəyir.Tüklü üzü, uzanmış saçları ona qəribə bir görkəm verirdi.Axı mən heçvaxt Vaqifi bu halda görməmişdim.Sevgi…Sevgi əzabı , sevdiyinin yanında olmaması əzabə belə bir şeydir yəqin…Mən bu sevgi həyatından çox uzaqlaşmışam …Başım o qədər qarışıq olurki heç yadıma da düşmür…Niyə məhz belə əzablar safları tapır…Niyə məni tapmadı belə əzab ? Bəlkədə biz sadiq deyilik…Belə bir şey olsaydı yəqin mən və mənimkimilər özünü fahişə qucağında tapacaqdılar.Amma Vaqifin sözü həmişə bir dəfə deyirdi.O qızı sevəcəyini demişdisə deməli sevəcək.Heç vaxt onun xəyalına belə xəyanət etməz.Hıçqırıq səsi məni fikirlərimdən ayırdı.Vaqif ağlıyırdı.Əlimi sıxmağa başladı.Nəsə demək istəyirdi…Göz yaşlarını silə-silə “bu gün onun doğum günüdür iki uşağı da var” dedi…Hiss etmədən artıq mənimdə gözlərim dolmuşdu..Pulun əldə edəməyəcəyi şeylərdə var…Qalxdı yerindən qaranlıqda harasa gedib gözden itdi.Saxlamaq istədim onu…Amma üstündən bahalı ətir iyi gələn , bahalı paltar geyinən, ömrünü ancaq “bahalı”-ya həsr edən birini kim dinləyərdi ? 18/07/2013
Posted on: Tue, 30 Jul 2013 09:36:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015