Bakı-mərkəzi çox gözəl,ətrafa getdikcə isə daha da - TopicsExpress



          

Bakı-mərkəzi çox gözəl,ətrafa getdikcə isə daha da çikinləşən şəhər.İnsanları 3 yerə bölünüb bu şəhərin.Ya creativdilər ya da manqurt 3-cü hissə isə heç özün hansı cəmiyyətə uyğunlaşdırsın bilmir.Manqurtları bildik ama bəs özlərini creativ adlandıranlar?Onların tək dərdləri "cool" görünməkdi.Aksiyalar gedib şəkil çəkdirmək,dini baxışlarına görə insanları fərqləndirmirəm deyib insanları elə dini baxışlarına görə fərqləndirmək,qeyri-adi hərəkətlər etmək fln.Bunların hamsı onlara aiddi.Onların əhatəsindəyəm sosial şəbəkədə.Baxıram hamsı dünənin cahilləri, bu günün coolları."xD" səhifələrilə fln məzələnib elə o "xD" səhifələrinin cool variantı olublar hamsı.Guya bunlar creativdir.Nəysə başa düşdük cavansan,fərqli olmaq istəyirsən day fərqli olum deyə-deyə özün olmağı niyə unudasan ki? Əslində onlar da bir tip manqurtdular.Hamsının düşüncə tərzi eyni."Nə təhər olur olsun mən creativ olub fərqli görünməliyəm".Onları məhv edən budu.Niyə hamıvız eyni fikirləşəsiz ki?Niyə öz beyin məhsullarıvızı işlətmirsizki?.Hələ creativ olum deyə-deyə ağızlarına gələn sözü danışan qızlar,creativ olmaq üçün kitab oxuyanlar... Gənclik də 2 yerə bölünüb:Creativlər və Glamourlar Hər nə eləsəz də siz nə o qrupdansız nə bu qrupdan.Glamourların isə dərdi İnstagram-a bahalı restoranlarda yedikləri şəkilləri yükləmək,brend mağazalardan geyinmək,hər addım başı şəkil çəkdirmək,kasıblardan uzaq durub,imkanları yaxşı olan insanlarla dostluq etmək,Leyla-Arzu Əliyevaları özlərinə ideal seçmək fln.Bu qədər sizin həyatdan başa düşdüyüvüz budu.Həyatda baş verən hər şeyə aid az-çox məlumatım var.Özümü orta yaşlı insan kimi hiss edirəm.Bilmirəm nədəndisə gecə maşınla şəhəri gəzəndən sonra status yazmaq istəyirəm.Dözə bilmirəm şəhərin bu ağırlına,insanlar arasında fərq qoyulmasına.Niyə bir olmur ki bu xalq?Özü öz içində bir-birinə düşmən olub bu xalq?
Posted on: Sat, 24 Aug 2013 13:26:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015