Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı - TopicsExpress



          

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatında “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda seminar keçirildi - FOTOLAR bineqediyap.org.az// Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Binəqədi rayonundakı orta ümümtəhsil məktəblərinin şagirdlərinə rus dilində ilk seminar keçirildi. Giriş sözü ilə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Sitarə Məmmədova bildirdi ki, bu seminarların təşkilində məqsəd Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır. Həmçinin, məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu seminarlar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir. Seminarda məruzə ilə çıxış edən 157 saylı orta məktəbin tarix müəlliməsi Aybəniz Əliyeva hazırlanmış slaydın müşaiyyəti ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Məruzəçi ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan rəhbərlik etdiyi müddətdə ölkədə həyata keçirilən abadlıq-quruculuq işləri, tikilib istifadəyə verilən əhəmiyyətli dövlət müəssisələri, mədəbiyyət obyektləri, təhsil ocaqları barədə ətraflı məlumat verdi. Vurğuladı ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Sovetlər İttifaqı dövründə Heydər Əliyevin öz ana dilində - Azərbaycan dilində çıxış etməsi mərkəzi Moskvada, eləcə də bütünü SSRİ-də böyük rezonans doğurdu. Məruzəçi qeyd etdi ki, Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olub. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, Heydər Əliyev tutduğu vəzifələrdən istefa verib. Natiq vurğuladı ki, ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Və 20 yanvar hadisələrinə məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı siyasi-hüquqi qiymət verilib. Aybəniz Əliyeva bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına, Azərbaycan Konstitusiyasının qəbuluna, Azərbaycan diasporunun mütəşəkkillənməsi və təşkilatlanmasına, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olub. “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çalışdı. Ulu öndər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəsə nail oldu” – deyə natiq xüsusi qeyd etdi. Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi barədə danışan Aybəniz Əliyeva bildirdi ki, Prezidentin xalqla təmasları, onun əhalinin real gəlirlərinin və sosial rifah halının artırılması yöndəki fəaliyyəti daxili vəziyyətin dönməzliyini təmin edir. Bu, həm də uğurlu xarici siyasətin aparılmasını stimullaşdırır. “Ötən 10 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər öz mahiyyəti və əhəmiyyəti ilə İlham Əliyevin həmin vədinə sadiqliyini təsdiqlədi. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan müstəqil xarici siyasət yürüdən, regionun lider ölkəsi olan və dünya miqyasında əhəmiyyətli faktor rolunu alan dövlətin sahibinə çevrilib. Ona görə də bu gün müasir beynəlxalq münasibətlər sistemində söz sahibi və BMT təhlükəsizlik Şurasının üzvü olan, yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyətidir, ən böyük sərvətidir və fəxr mənbəyidir”- deyə məruzəçi bildirdi. Aybəniz Əliyeva Prezident İlham Əliyevin bu yaxınlarda bir gün ərzində Sumqayıt şəhərində bir neçə müəssisənin - kağız və karton istehsalat kombinatının, mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılış mərasimlərində iştirakına diqqət çəkərək vurğuladı ki, dövlət başçısı Azərbaycanda bütün sahələrdə - həm sosial-iqtisadi sahədə, həm sənayenin inkişafında ciddi addımlar atır. Dolğun və ətraflı məruzədən sonra seminar iştirakçılarına ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş etdirildi. Daha sonra isə şagirdlərlə diskusiya xarakterli söhbət aparıldı. Diskusiyada 267 saylı orta məktəbin şagirdləri Nuranə Atayeva, Aytən Yusifzadə, Nigar Əzimova, Leyla Bəkirova, Çinarə Xəlilova, Gülnarə Həsənli, 115 saylı orta məktəbin şagirdi Orxan Hacıyev fəallıqları ilə seçildilər. Qeyd edək ki, seminarda Binəqədi rayonunun 115, 244, 246, 267, 276, 283, 297 saylı orta məktəbinin XI sinif şagirdləri, ümumilikdə 125 nəfər iştirak etdi.
Posted on: Mon, 03 Mar 2014 16:45:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015