Bakıda “Səhiyyə” sərgisi açılıb. Bu gün Bakıda - TopicsExpress



          

Bakıda “Səhiyyə” sərgisi açılıb. Bu gün Bakıda “BIHE 2013” 19-cu Azərbaycan Beynəlxalq “Səhiyyə” sərgisi öz qapılarını ziyərətçilərinin üzünə açıb. “Marja” xəbər verir ki, bu il Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE”) sərgisi dünyanın 17 ölkəsindən 130 iştirakçını bir araya gətirərək, sərgi meydançası üzrə 20% artım nümayiş etdirib. Sözügedən sərgi çərçivəsində Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlər müasir tibb sahəsi üçün zəruri və tələbat doğuran ən yeni texnologiyaları nümayiş etdirirlər. Eksponentlərin ümumi sayının 40%-ni təşkil edən debütantlar arasında Qazaxıstan, BƏƏ, İordaniya və digər ölkələrdən olan şirkətlər də yer alır. Çexiya Respublikası isə ilk dəfə olaraq öz milli ekspozisiya ilə çıxış edir. Çexiya milli stendinin Azərbaycan sərgisində iştirakı Çexiya Respublikası Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Çexiyanın 9 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, tibb bacıları ilə pasiyentlər arasında ünsiyyət üçün rabitə avadanlıqları, xilasetmə avadanlıqları və təcili tibbi yardım vasitələri, habelə klinikalar üçün müxtəlif avadanlıqlar təqdim edilir. Ümumilikdə isə “BIHE” eksponentlərinin tərkibi 60% xarici və 40% yerli şirkətlərdən ibarətdir. Yerli iştirakçıların sırasına Azərbaycanın aparıcı şirkətləri - “Alba Group”, “Keshali”, “Labservis”, “Medeks”, “Nabucco”, “Caspident”, “Saf-Med” və s. daxildir. Sözügedən şirkətlər ultrasəs müayinəsi və kompyuter tomoqrafiyası aparatları, eləcə də rentgen aparatları, respirasiya avadanlıqları, lazer terapiyası aparatları, cərrahiyə alətləri və laboratoriya texnologiyalarını / avadanlıqlarını, o cümlədən stomatoloji materiallar, avadanlıqlar, implantlar və bir sıra digər məhsulları təqdim edirlər. Sərgi çərçivəsində apteklər üçün ticarət avadanlıqları, klinikalar üçün mebel, habelə tibbi geyimlər və proqram təminatı üzrə istehsalçı şirkətlər təmsil olunurlar. Azərbaycan, Belarus, İordaniya, BƏƏ, Rusiya və Ukraynadan olan istehsalçı və distribyutorlar isə əczaçılıq preparatları, diaqnostika avadanlıqları, laboratoriya avadanlıqları, ortopedik məhsullar və reabilitasiya avadanlıqlarını təqdim edirlər. “BIHE 2013” sərgisinin fərqləndirici cəhəti ilk dəfə olaraq sərgi çərçivəsində təqribən 15 müxtəlif klinikanı özündə birləşdirən “Tibbi turizm” bölümünün təşkil olunmasıdır. Tibb mərkəzlərinin geniş ekspozisiyası sayəsində sərgi ziyarətçiləri xaricdə təklif olunan çoxsaylı tibbi xidmətləri həm qiymətləndirə, həm də müqayisə edə biləcəklər. “BIHE” sərgisinin “Tibbi turizm” bölümü çərçivəsində klinika və tibbi-profilaktika müəssisələrinin iştirakı Ümumdünya Tibbi Turizm Assosiasiyası (“Global Healthcare Travel Council GHTC”) və Türkiyə Tibbi Turizm Assosiasiyasının (“Turkish Healthcare Travel Council THTC”) dəstəyi ilə təşkil olunur. “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - “Stomatology Azerbaijan 2013” 8-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” sərgisi və “Beauty Azerbaijan 2013” 7-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçirilir. MARJA.AZ
Posted on: Thu, 31 Oct 2013 07:31:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015