Bakıya toxundum... əsdi ürəyim, Toxunmaz olaydım, Bakı - TopicsExpress



          

Bakıya toxundum... əsdi ürəyim, Toxunmaz olaydım, Bakı dəyişib. Geyinib əyninə dekolte geyim, Burnu kiçilibdir, dodağı şişib... Burdan milyardlarla qonaq ötürüb, İndi öz-özünə qonaq şəhərim. Röyadan plastik burun götürüb. Aygündən silikon dodaq şəhərim. Açıb yarıyacan öz sinəsini, Biabır eləyib məni bu şəhər. Kəsib,qayçılayı b gödəkcəsini, Əyninə geyinib mini bu şəhər.. Götür bu dəsmalı,sil o boyanı, Səndən olmayana daha qoyma qol. Tulla geyindiyin o dikdabanı, Biraz balaca ol, amma Bakı ol.. Bir ömür gözünü yollara dikən, Tənha qadınların möhnəti Bakı.. Pullu kişilərə baxıb "ah" çəkən Pulsuz kişilərin qisməti Bakı... Princessa
Posted on: Mon, 01 Jul 2013 05:38:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015